Icma.az
close
up
RU
SOMDA hərbi xidmətə qəbul elan edir

SOMDA hərbi xidmətə qəbul elan edir

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.

Bu barədə "Unikal"a SOMDA-nın Mətbuat Xidmətindən məlumat verilib. 

Ali hüquq, informasiya texnologiyaları ixtisaslı (komputer biliklərinə malik olan) o cümlədən, idman sahəsi üzrə müvafiq nailiyyətlər əldə etmiş, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, sonuncu meyyar üzrə boyu 1.85 sm-dən aşağı olmayan, mütənasib bədən quruluşlu, 26 yaşınadək hərbi vəzifəlilər (qadınlar istisna olmaqla) iyun ayının 30-dan iyul ayının 11-dək  (şənbə və bazar günləri istisna olmaqla digər günlərdə) saat 14:00-dan 18:00-dək Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə  müddətdən artıq həqiqi hərbi xidmətə qəbul  olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədi ilə müvafiq tibb müəssisəsinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət bacarığı, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər Agentliyə qəbul edilir.

Agentliyə qəbul edilən şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və müvafiq vəzifələrə təyin olunurlar.

Namizədlər qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim edilməlidir:

- şəxsiyyət vəsiqəsinin əsli və surəti.

- hərbi biletin əsli və hərbi biletin bütün vərəqlərinin surəti.

- bitirdiyi təhsil müəssisəsi haqqında sənəd və onun surəti.

Sənədlərin qəbulu həyata keçiriləcək ünvan: Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsi  (Sumqayıt şəhər 11-ci mkr Üzeyir Hacıbəyov küçəsi 1. Sumqayıt Dəmir yol vağzalının yanı)

Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş (ailə üzvləri daxil olmaqla) hərbi vəzifəlilərin qəbul üçün müraciət etməmələri xahiş olunur.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:316
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 İyun 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see239

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see238

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see236

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see233

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see222

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see219

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see215

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see210

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see210

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see203

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see200

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see200

Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi

06 Sentyabr 2026 21:34see193

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see192

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see191

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see183

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see181

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see181

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see180

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri