Şomurodovla Fayzullayevə bahalı avtomobil hədiyyə edildi
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Özbəkistan milli komandasının hücumçusu Eldor Şomurodov və yarımmüdafiəçi Abbosbek Fayzullayev 2026-cı il Dünya Kubokundakı çıxışlarına görə sponsorlardan avtomobillər alıblar.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Kursiv” məlumat yayıb.
Mərasimdə futbolçulara Çin istehsalı olan premium “Xpeng X9” elektrik avtomobillərinin açarları təqdim edilib. Özbəkistan Futbol Assosiasiyasına da xidməti avtomobil təqdim edilib.
Xatırladaq ki, Fayzullayev Özbəkistanın Dünya Kubokunda tarixdə ilk qolunu vurub. Şomurodovun isə Konqo DR-yə (1:3) vurduğu qol qrup mərhələsində ən yaxşı seçilib.
Fabio Kannavaronun komandası Şimali Amerikada keçirilən Dünya Kubokunda bir xal belə qazana bilməyib.
Qeyd etmək lazımdır ki, “Xpeng X9”-un qiyməti konfiqurasiyadan asılı olaraq 62.000 dollardan 78.000 dollara qədər dəyişir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 06 İyul 2026 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















