Icma.az
close
up
RU
“Son 10 ildə Azərbaycanın əsas ticari gəlirləri İtaliyadan olub” İQTİSADÇI

“Son 10 ildə Azərbaycanın əsas ticari gəlirləri İtaliyadan olub” İQTİSADÇI

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İtaliya artıq 10 ildən çoxdur ki, Azərbaycanın davamlı olaraq bir nömrəli iqtisadi tərəfdaşıdır. Bunun əsas səbəbi iqtisadi tərəfdaşlığın özəyində ticarət münasibətlərinin dayanmasıdır. Ticarətdə müsbət saldo verən ölkə tərəfdaş üçün daha etibarlı və əhəmiyyətli olur.  Bugünkü qlobal təcrübəyə baxsaq, məsələn, ABŞ-ın keçmiş prezidenti Donald Trampın xarici ticarət məsələlərinə yanaşması da göstərirdi ki, böyük dövlətlərin xarici siyasətində ticarət prioritet istiqamətlərdən biridir”.

Bu fikirləri Gununsesi.info-ya  açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib:

“Elə bu müstəvidə də İtaliya son on ildən artıq müddətdə Azərbaycanın sabit və ən böyük ticari tərəfdaşı olub.
Azərbaycanın 200-dən çox iri və xırda ticari tərəfdaşları arasında İtaliya ardıcıl olaraq birinci yerdə qərarlaşıb.

2021-ci ildə 9 milyard dollar olan ticarət dövriyyəmiz 2022-ci ildə iki dəfə artaraq 18 milyard dolları keçdi. 2023-cü ildə ölkəmizin ümumi ixracı 33 milyard dollar təşkil edirdi ki, bunun 15 milyarddan çoxu yalnız İtaliya ilə ticarətin payına düşüb. Sadə dillə desək, Azərbaycanın qazandığı hər 100 dolların 50 dolları məhz İtaliya ilə ticari əlaqələrdən gəlirdi. Bu, İtaliyanın ölkəmiz üçün nə qədər vacib tərəfdaş olduğunu açıq şəkildə göstərir”.

O bildirib ki, ötən il də göstəricilər yüksək olub:

“2024-cü ildə Azərbaycan ilə İtaliya arasındakı ticarət dövriyyəsi 11,3 milyard dollar təşkil edib. Bunun 10,8 milyard dolları ixracın, təqribən yarım milyard dolları isə idxalın payına düşüb. Bu ilin (2025-ci ilin) hələ sonuna çatmamışıq, amma artıq 8 milyard dollara yaxın ticarət dövriyyəsi qeydə alınıb. Hesab edirəm ki, bu rəqəmlər növbəti illərdə daha da artacaq”.

İqtisadçı vurğulayıb ki, bu əməkdaşlıq yalnız neft və qazla məhdudlaşmır:

“Xüsusən də Cənub Qaz Dəhlizinin reallaşmasında İtaliyanın əvəzsiz siyasi dəstəyi olub. 3500 kilometrdən artıq uzunluğu olan bu dəhlizin son 800 kilometri İtaliyadan keçir və bu gün də Avropaya qazın paylanması məhz İtaliya üzərindən həyata keçirilir. Avropa İttifaqı ölkələrinin Azərbaycana etibarlı tərəfdaş kimi yanaşmasının başlanğıcında məhz İtaliyanın rolu dayanır.

İtaliyanın Azərbaycana verdiyi etimad sonradan digər Avropa dövlətlərinin də marağına səbəb olub. Alternativ enerji sahəsinə əvvəlcə ərəb investorlar gəldi, ardınca Avropadan da maraq artdı. Bu isə bir daha sübut edir ki, İtaliyanın etibarlı tərəfdaşlığı Azərbaycanın beynəlxalq imicini gücləndirib”.

Eldəniz Əmirov onu da vurğulayıb ki, bu münasibətlər yalnız iqtisadi maraqlarla izah olunmur.

“İtaliya yaxşı bilir ki, hansı ölkə ilə hansı formada münasibətlər qurmaq lazımdır. Azərbaycan isə heç vaxt öz enerji resurslarını siyasi alətə çevirməyən, əksinə, etibarlı tərəfdaş kimi tanınan ölkədir. Azərbaycan özü də böyük investisiyalar həyata keçirir.

Bu gün Azərbaycan İtaliyaya, İtaliyanın Azərbaycana yatırdığı investisiyadan təqribən 4–5 dəfə çox sərmayə yatırıb. Bu isə qarşılıqlı əməkdaşlığın balanslı və davamlı olduğunun bariz nümunəsidir”-deyə iqtisadçı əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Oktyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri