Icma.az
close
up
RU
Son 100 ilin ilk firon məzarlığı tapıldı

Son 100 ilin ilk firon məzarlığı tapıldı

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Misir və Britaniya arxeoloqları 1922-ci ildən bəri ilk dəfə bir fironun məzarını aşkar ediblər. 

Alimlər hesab edirlər ki, bu məzar təxminən e.ə. 1492–1479-cu illərdə hakimiyyətdə olmuş II Tutmosa məxsus ola bilər. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Abidələr Nazirliyi məlumat yayıb. Rəsmi açıqlamada bildirilir ki, məzar Padşahlar Vadisindən təxminən 2,4 km qərbdə yerləşir və onun girişi 2022-ci ilin dekabr ayında aşkar edilib. Alimlər burada XVIII sülalədən olan bir fironun həyat yoldaşının dəfn edildiyini güman edirdilər. 

Bunun səbəbi isə məzarın yaxınlığında III Tutmosun xanımının və ögey bacısı olan məşhur firon qadın Hatşepsutun məzarlarının yerləşməsi idi. Lakin son tapıntılar göstərir ki, bu məzar məhz Hatşepsutun əri II Tutmosa məxsusdur və dəfni bilavasitə Hatşepsut özü təşkil edib. Məzarın içində tapılan alabastr qablardakı iyeroglif yazılar bunu təsdiqləyir. 

Misirin Ali Qədim Abidələr Şurasının baş katibi Məhəmməd Xalid qeyd edib ki, bu artefaktlar fironun dəfn mərasimindən əldə edilən ilk tapıntılardır. Eyni zamanda, alimlər bildirirlər ki, məzarın böyük bir hissəsi, o cümlədən fironun cəsədi qədim Misir dövründə başqa bir yerə köçürülüb. Lakin sarkofaqdan başqa məzarın əsas əşyalarının haraya aparıldığı hələlik məlum deyil. Xatırladaq ki, II Tutmos Misirin XVIII firon sülaləsinə aid hökmdarlardan biri olub. Onun mumiyası 1881-ci ildə Deyr əl-Bahri bölgəsində tapılmış və hazırda Qahirədəki Misir Sivilizasiya Milli Muzeyində saxlanılır. 

Səbinə Uğur 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Fevral 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri