Son 13 ildə əsas ərzaq məhsullarının qiyməti necə dəyişib? Siyahı
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda son 13 ildə – 2013-cü ilin may ayı ilə 2026-cı ilin may ayının müqayisəsi göstərir ki, əsas ərzaq məhsullarının qiymətlərində ciddi artım qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, xüsusilə ət, yağ, süd məhsulları və bəzi quru ərzaqların qiyməti bir neçə dəfə yüksəlib.
Araşdırmaya əsasən, ən yüksək bahalaşma quru meyvə və çərəz məhsullarında müşahidə olunub. Belə ki, fındıq ləpəsinin qiyməti 13 ildə təxminən 6 dəfə artaraq 3,15 manatdan 22 manata yüksəlib. Qoz ləpəsinin qiyməti də kəskin bahalaşaraq 3,75 manatdan 17,5 manata çatıb.
Ən çox bahalaşan məhsullar sırasında kərə yağı da diqqət çəkir. Məhsulun qiyməti 5,95 manatdan 23,5 manata yüksələrək 4 dəfə artıb. Çayın qiyməti isə 100 qram üçün 0,85 manatdan 2,70 manata qalxıb.
Çörəyin qiymətində də ciddi dəyişiklik var. 300 qramlıq çörəyin qiyməti 13 ildə 0,18 manatdan 0,55 manata yüksəlib.
Ət məhsulları arasında mal əti 7,6 manatdan 17 manata, qoyun əti isə 9 manatdan 18,5 manata yüksəlib. Toyuq ətində artım nisbətən aşağı olsa da, qiymət yenə də 87 faiz bahalaşıb.
Meyvə-tərəvəz məhsullarında isə artım daha məhdud olub. Bananın qiyməti 31 faiz, kartofun qiyməti 43 faiz, soğanın qiyməti isə cəmi 21 faiz artıb.
Son 13 ildə qiyməti aşağı düşən yeganə məhsul xiyar olub. Xiyarın qiyməti 1,25 manatdan 1,20 manata düşərək təxminən 4 faiz ucuzlaşıb.

Elnur Əli
Bu mövzuda digər xəbərlər:Son bir ildə əsas ərzaq məhsullarının qiyməti necə dəyişib? Siyahı
21 Fevral 2025 17:07
Son 5 ayda dünyada ərzaq qiymətləri necə dəyişib? Siyahı
03 Aprel 2026 16:02
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? Siyahı
05 May 2026 13:44
Son bir ildə əsas ərzaq məhsulları nə qədər bahalanıb? Siyahı
10 Mart 2025 17:21
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? Siyahı
18 Noyabr 2024 14:11
Baxış sayı:128
Bu xəbər 11 May 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















