Son 20 ildə Azərbaycan xarici ölkələrdə 30 mlrd. dollardan çox yatırım edib Rəy
525.az saytına istinadən Icma.az xəbər verir.
“İtaliyanın Baş Naziri Ciorcia Meloninin Azərbaycana səfəri mühim hadisədir, 2013-cü ildən bəri İtaliyanın Baş nazirləri ölkəmizə səfər etməmişdilər. Səfər zamanı maraqlı rəqəmlər açıqlandı – məlum oldu ki, son bir neçə ildə Azərbaycan İtaliyaya 3 mlrd. dollardan çox investisiya yatırıb. Ölkəmizin investor olması yaxıdır, amma, bəzi suallara da hökumət cavab versə, lap yaxşı olar. Son 20 ildə Azərbaycan xarici ölkələrdə 30 mlrd. dollardan çox yatırım edib. Təbii, ən böyük investisiya qardaş Türkiyəyə qoyulub – təqribən, 20 mlrd. dollar”.
İqtisadçı ekspert Natiq Cəfərli bunu 525.az-a açıqlamasında deyib. Ekspertin dediyinə görə, hökumət üzvləri bu investisiyalar haqqında ciddi bir hesabat hazırlamalıdırlar, çünki suallar yaranır:
“Yatırılan 30 mlrd. dollarlıq investisiyalardan bu 20 il ərzində Azərbaycan Dövləti nə qədər dividend əldə edib? Bu və başqa suallara cavabın olması və statistik rəqəmlərlə göstərilməsi vacibdir”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 06 May 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















