Son 21 mövsümdə ilk dəfə 26 qol
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misli Premyer Liqasının IV turunda 26 qol vurulub.
Sportal.az xəbər verir ki, “Sabah” – “Zirə” (5:0), “Kəpəz” – “Şamaxı” (1:4), “Neftçi” – “Şəfa” (4:1), “Qarabağ” – “Araz-Naxçıvan” (3:2) qarşılaşmalarının hərəsində 5 qol qeydə alınıb. “Qəbələ” – “İmişli” və “Turan Tovuz” – “Sumqayıt” (hər ikisi 2:1) matçlarında isə 3 top vurulub.
Turda orta məhsuldarlıq 4,33-ə bərabər olub. Bu, təkcə cari deyil, son 6 mövsümün rekordudur.
Daha yüksək göstərici sonuncu dəfə 2020/21 mövsümündə qeydə alınıb. 2020-ci il noyabrın 21-23-də keçirilən X turun 4 qarşılaşmasında 19 qol vurulub. Orta məhsuldarlıq 4,75-ə bərabər olub.
Ümumi qol sayında isə bu göstərici son 21 mövsümün rekordudur. 2005/06 mövsümünün XXVI turunda 27 qol vurulub. 2006-cı il mayın 29-30-da 7 görüşdə orta göstərici 3,86 olub.
saytlarin hazirlanmasi
Baxış sayı:123
Bu xəbər 07 Sentyabr 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















