Icma.az
close
up
RU
Son 3 gündə Ukraynaya hava zərbələri niyə çoxalıb Ameriaklı ekspertlər açıqladı

Son 3 gündə Ukraynaya hava zərbələri niyə çoxalıb Ameriaklı ekspertlər açıqladı

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Mayın 24-dən 25-nə keçən gecə Rusiya Ukraynaya ilin əvvəlindən bəri ən böyük PUA və raket zərbəsi endirib ki, bu da növbəti çoxsaylı dağıntılar və insan tələfatı ilə nəticələnib.

Beləliklə, Kreml özünün aqressiv ritorikalı bəyanatları və ABŞ-nin cəbhə xəttindəki vəziyyətlə bağlı hədsiz bədbinliyi fonunda ukraynalıların mənəviyyatını sarsıtmağa və Qərbi “Rusiyanın qələbəsi”nin qaçılmazlığına, Kiyevi dəstəkləməyin mənasızlığına inandırmağa çalışır. Üstəlik, işğalçı ölkə müharibənin indiki mərhələsində Rusiya qoşunlarının zəif nəticələrindən diqqəti yayındırmaq üçün irimiqyaslı zərbələrdən və getdikcə aqressivləşən siyasi bəyanatlardan istifadə etməkdədir.

“AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında belə deyilir.

“Rusiya rəsmiləri indi informasiya məkanını Ukraynanın suverenlik və ərazi bütövlüyü məsələlərində güzəştə getməsinə dair çağırışları ilə doldururlar, baxmayaraq ki, bu bəyanatların əksəriyyəti Rusiyanın müharibədən əvvəlki tələblərinə uyğundur və faktiki olaraq son üç il ərzində onlar dəyişməyib” - deyə, hesabatda bildirilir.

Təhlilçilər qeyd edir ki, bu tələblər 2022-ci ilin əvvəlindən döyüş meydanında vəziyyətin kəskin dəyişdiyini və Rusiyanın üç illik itkilərinin onun Ukraynanı fəth etmək imkanlarını əhəmiyyətli dərəcədə azaltdığını nəzərə almır.

İşğalçılar itki verməyə davam etdikcə və uğur əldə etmək üçün getdikcə zəif təlim keçmiş və təchiz olunmuş əsgərlərə güvəndikcə, Rusiyanın irəliləyişləri əhəmiyyətli dərəcədə yavaşlayıb: “Bununla belə, Putin döyüş meydanındakı vəziyyətin reallıqlarından özünü təcrid etməkdə davam edir, çünki Qərbin Ukraynaya hərbi yardımını dayandırmaq Rusiyanın bu müharibədə qalib gəlmək üçün yeganə real ümididir”.

Qeyd olunur ki, son üç gün ərzində Rusiya üç kütləvi hücum həyata keçirib: mayın 23-nə keçən gecə 14 ballistik raket və 250 PUA, mayın 24-nə keçən gecə 69 raket və ay ərzində rekord sayda - 298 PUA ilə hücum edilib. Mayın 26-na keçən gecə növbəti kütləvi hücum həyata keçirib ki, onun da təfərrüatları dəqiqləşdirilir.

"Putin, çox güman ki, Ukraynada və Qərbdə ümidsizlik hissi yaratmaq və Rusiyanın "qələbəsini" qaçılmaz kimi qələmə verməklə Avropa paytaxtlarını və ABŞ-ni Kiyevə əlavə yardımdan çəkindirmək niyyətindədir”, - hesabatda qeyd olunur.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 May 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri