Son 48 ildə ilk: İran ABŞ dan təzminat aldı
Icma.az, Bizim media saytına istinadən bildirir.
İran İslam inqilabından sonrakı 48 il ərzində ilk dəfə ABŞ-a qarşı məhkəmə prosesində qalib gələrək müsadirə yolu ilə əmlak əldə edib.
Bizim.Media "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə "EB Evi" qeyri-hökumət təşkilatının baş direktoru Həmid Haşemi Qolpayeqani bildirib.
İş ABŞ-nin bullyoz epidermoliz xəstəliyindən əziyyət çəkən insanlara qarşı tətbiq edilən sanksiyaları ilə əlaqədardır.
Qolpayeqaninin sözlərinə görə, "kəpənək xəstəliyi" kimi tanınan bullyoz epidermoliz xəstəliyindən əziyyət çəkən pasiyentlər üçün xüsusi sarğı materiallarının tədarükünə təsir göstərən sanksiyalara qarşı hüquqi tədbirlərə "EB Evi" 2018-2019-cu illərdə başlayıb.
2021-2022-ci illərdə xəstələrin ailələri məhkəmə orqanlarına müraciət ediblər. Qolpayeqani bildirib ki, aidiyyəti qurumlar, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu və ordu strukturlarının iştirakı ilə işə ciddi yanaşılıb.
İş çərçivəsində neft yükünün həbs olunduğu bildirilir. Məqsəd məhkəmə tərəfindən müəyyən edilən zərərin əvəzini xəstələrin xeyrinə tutmaq və vəsaiti qanunvericiliyə uyğun şəkildə onların arasında bölüşdürmək olub.
Bizim.Media
Baxış sayı:53
Bu xəbər 25 Oktyabr 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















