Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Livanda İsrailin aviazərbələri nəticəsində ölənlərin sayı 3 756-ya yüksəlib, 11 632 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
Qurumun məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda və şərqində "Hizbullah"ın obyektlərinin yerləşdiyi yaşayış məntəqələrinə hücumları davam etdirir.
Vurğulanıb ki, son 48 saat ərzində həmin regionlarda 45 nəfər həlak olub və 149 şəxs yaralanıb.
Qeyd olunub ki, intensiv bombardmanlara məruz qalan Nəbatiyyə şəhərində və onun ətrafında xilasetmə işləri davam edir və günün sonuna qədər qurbanların və xəsarət alanların sayı arta bilər.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:Son sutkada Livanda ölənlərin SAYI açıqlandı
24 May 2026 00:44
Qəzzada ölənlərin SAYI AÇIQLANDI
28 Yanvar 2025 15:33
Son sutkada və bu vaxtadək Livanda ölənlərin SAYI
28 Aprel 2026 20:02
İsrail hücumları davam edir: Livanda ölənlərin SAYI...
02 May 2026 07:30
Livanda ölənlərin sayı
04 Dekabr 2024 14:54
Baxış sayı:165
Bu xəbər 14 İyun 2026 02:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















