Icma.az
close
up
RU
Son 5 ildə televiziya kanalları nə qədər cərimələnib?

Son 5 ildə televiziya kanalları nə qədər cərimələnib?

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

2025-ci ilin ilk 6 ayı ərzində aparılan monitorinqlər nəticəsində 5 qanun pozuntusu faktı aşkarlanıb və müvafiq olaraq qanunauyğun tədbirlər həyata keçirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Audioviziual Şuradan məlumat verilib.

Bildirilib ki, pozuntu hallarından ikisi "Media haqqında" Qanunun 14-cü maddəsinin (mediada yayımlanan informasiyaya dair tələblər), biri 38-ci maddəsinin (yayım hüququ) və ikisi "Reklam haqqında" Qanunun 4.3-cü maddəsinin (reklam olunan tibb müəssisəsinin lisenziyasının nömrəsinin göstərilməməsinə görə) tələblərinin pozulması ilə bağlı olub.

Bu pozuntulara görə yayımçılara ümumilikdə 3 yayımın dayandırılması (üç saat - 2 dəfə, iyirmi dörd saat - 1 dəfə) sanksiyası, 2 xəbərdarlıq tətbiq edilib.

Bu müddət ərzində yayımçılara münasibətdə cərimə ilə bağlı protokol tərtib edilməyib.

2024-cü il ərzində görülən tədbirlər

4 dəfə yayımın dayandırılması haqqında qərar qəbul olunub və 3 inzibati protokol tərtib olunub.

İl ərzində ayrı-seçkiliyin təbliğinə yol verdiyinə görə "MTV" kanalının yayımı 8 saatlıq, müstəsna yayım hüququnun pozulmasına görə "ATV", "ARB", "ARB Günəş" kanallarının yayımı 3 saatlıq dayandırılıb.

Peyk yayımı həyata keçirməyən platforma yayımçısı "Səhiyyə TV" MMC ("Səhiyyə TV" kanalı) barəsində "Reklam haqqında" Qanunun tələblərinin pozulması ilə bağlı müxtəlif vaxtlarda 2 inzibati xətaya dair protokol tərtib olunub və müvafiq məhkəmələr tərəfindən hər biri 8 min manat məbləğində olmaqla cərimə sanksiyası tətbiq edilib.

"İctimai Televiziya və Radio Yayımları Şirkəti" ("İTV" kanalı) barəsində "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun tələblərinin pozulması ilə bağlı inzibati xətaya dair protokol tərtib olunub və məhkəmə qərarına əsasən, kanal 3 min manat məbləğində cərimələnib.

2023-cü il ərzində görülən tədbirlər

3 dəfə yayımın dayandırılması haqqında qərar qəbul olunub və 1 inzibati protokol tərtib olunub.

İl ərzində qeyri-dəqiq reklam yayımlanmasına görə "ARB" kanalının yayımı 3 saatlıq, əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya yayımlanmasına görə "Space TV" kanalının yayımı 3 saatlıq, bir saatda yayımlanan reklam həcminin aşılmasına görə "Kanal S" kanallarının yayımı 3 saatlıq dayandırılıb.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC ("AZTV" kanalı) barəsində "Media haqqında" Qanunun tələblərinin pozulması faktı ilə bağlı protokol tərtib olunub və müvafiq məhkəmənin qərarına əsasən, kanal 5 min manat məbləğində cərimələnib.

2022-ci il ərzində görülən tədbirlər

3 dəfə yayımın dayandırılması haqqında qərar qəbul olunub.

Belə ki, uşaq proqramının energetik içki reklamı ilə kəsilməsinə görə "Space TV" kanalının yayımı 3 saatlıq, zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verilməsinə görə "Space TV" və "ARB" kanallarının yayımı 3 saatlıq dayandırılıb.

2021-ci il ərzində görülən tədbirlər

"Azad Azərbaycan" Müstəqil Tele-Radio Kompaniyası ("ATV" kanalı) barəsində "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun tələblərinin pozulması faktı ilə bağlı inzibati xətaya dair protokol tərtib olunub və müvafiq məhkəmənin qərarına əsasən, kanala 3 min manat məbləğində cərimələnib.

2020-ci il ərzində görülən tədbirlər

10 dəfə yayımın dayandırılması haqqında qərar qəbul olunub və 1 inzibati protokol tərtib olunub.

İl ərzində əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya yayımlanmasına görə "ARB" kanalının yayımı 6 saatlıq, tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanmasına görə "Space TV", "Xəzər TV", "ARB" kanallarının yayımı 1 saatlıq, bir saatda yayımlanan reklam həcminin aşılmasına görə "Space TV" (2 dəfə), "Xəzər TV", "ARB", "Lider TV", "ATV" kanallarının yayımı 3 saatlıq dayandırılıb.

Tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanmasına görə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC ("AZTV" kanalı) barəsində İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən cərimə olunması ilə bağlı protokol tərtib olunub və müvafiq rayon məhkəməsi tərəfindən kanal 5 min manat cərimələnib.

Qeyd edilib ki, 2024-cü ilin sonlarından başlayan və hazırda da davam edən audiovizual mediada piratçılıqla mübarizə çərçivəsində Audiovizual Şuranın tərtib etdiyi protokollar əsasında cari ilin ilk altı ayı ərzində platfotma operatoru lizensiyası olan 13 subyekt müvafiq məhkəmələrin qərarına əsasən hər biri 5 min manat məbləğində cərimələnib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 Avqust 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri