Icma.az
close
up
RU
Son 8 ildə iqtisadiyyatımızda çox mühüm dəyişikliklər olub Nazir

Son 8 ildə iqtisadiyyatımızda çox mühüm dəyişikliklər olub Nazir

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

 

2018–2025-ci illərdə ölkə iqtisadiyyatının inkişafında çox mühüm keyfiyyət və struktur dəyişiklikləri baş vermişdir. Bu dövr ərzində qeyri-neft sektorunun iqtisadiyyatda payı 2018-ci ildəki 58%-dən cari ilin sonuna 70%-ə yüksəlmişdir. 2025-ci ilin gözlənilən göstəriciləri nəzərə alınmaqla, pandemiya ilində yaşanan ÜDM-in azalması da hesaba qatıldıqda, qeyri-neft sektorunda ÜDM-in nominal həcmi 2 dəfə, real həcmi isə 1,4 dəfə artmışdır.

Globalinfo.az xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“2025-ci ilin proqnoz artım tempi nəzərə alınmaqla, 2022–2025-ci illərdə ümumi daxili məhsulun orta illik artımının 3,3% olacağı gözlənilir ki, bu da strategiya ilə müəyyən edilmiş 3–4% diapazonuna tam uyğundur. ÜDM-in artımı tamamilə qeyri-neft sektorunun inkişafı hesabına təmin edilir və bu sektor üzrə orta illik artımın 6,1% olacağı proqnozlaşdırılır. Bu rəqəm 2022–2026-cı illərə dair sosial-iqtisadi inkişaf strategiyasında müəyyən edilmiş hədəfi 1,1 faiz üstələyir.

İqtisadi inkişafın daha geniş mənzərəsini göstərmək üçün qeyd edim ki, 2019–2024-cü illərdə orta illik artım tempi 2,3% təşkil etmişdir ki, bu da 2010–2020-ci illərin orta illik artım tempindən təxminən 2 dəfə yüksəkdir (1,2%). 2019–2025-ci illərdə neft-qaz hasilatı istisna olmaqla, iqtisadiyyatın bütün sahələri artım nümayiş etdirmişdir.

Dövr ərzində orta illik artım tempinə görə lider sahələr bunlardır:

İnformasiya və rabitə: 11% Qeyri-neft-qaz sənayesi: 9,7% Nəqliyyat və anbar təsərrüfatı: 7,8%

Qeyd edilməlidir ki, bu rəqəmlər pandemiya ilindəki tənəzzülü də özündə ehtiva edir.

Nisbətən daha aşağı orta illik artım templəri isə aşağıdakı sahələrdə müşahidə olunmuşdur:

Tikinti: 4,4% Turizm: 4,1% Kənd təsərrüfatı: 3,2% Ticarət: 3% Sosial və digər xidmətlər: 2,9%

2019–2024-cü illərdə iqtisadiyyatda bir sıra mühüm struktur dəyişiklikləri baş vermişdir. Bu dəyişikliklər əvvəlki dövrlərdə, o cümlədən devalvasiyadan əvvəl müşahidə olunmayan, tamamilə yeni iqtisadi mənzərə formalaşdırmışdır.

Belə ki, qeyri-neft-qaz ixracı 2 dəfə artaraq 3,4 milyard dollara çatmış, ixrac olunan əmtəələrin sayı isə 15% artaraq 2810 olmuşdur. Neft-qaz qiymətlərinin və hasilatın azalmasına baxmayaraq, 2022-ci ildən etibarən ölkənin xarici ticarət dövriyyəsi təqribən 50 milyard dollar səviyyəsində sabitləşmişdir. 2022–2024-cü illərdə xarici ticarət balansı Dövlət Neft Fondunun qızıl idxalı istisna olmaqla, illik orta hesabla 16 milyard dollar məbləğində müsbət olmuşdur. Qeyri-neft-qaz qiymətləri üzrə ixrac 45% artaraq 6,5 milyard dollara yüksəlmişdir”, – nazir bildirib.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri