Son beş ildə ən çox qol vuran futbolçular açıqlandı
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Son beş ildə milli komandaların heyətində ən çox qol vuran futbolçular açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, siyahını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tərtib edib.
Norveç millisinin hücumçusu Erlinq Holann birinci pillədə qərarlaşıb. 25 yaşlı forvard beş il ərzində yığmada 49 qola imza atıb. O, 2021-ci ildə 6, 2022-ci ildə 9, 2023-cü ildə 6, 2024-cü ildə 11, 2025-ci ildə isə 17 dəfə rəqib qapılarına yol tapıb.
İngiltərə millisindən Harri Keyn ikinci sıradadır. 32 yaşlı oyunçu son beş ildə yığma forması ilə 46 dəfə fərqlənib. İlk "3-lüy"ü Lionel Messi qapayır - 44 qol. Portuqaliyalı Kriştianu Ronaldu dördüncü ola bilib - 41 qol.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 12 Fevral 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















