Icma.az
close
up
RU
Son beş ilin tarixi Zəfər tarixidir!

Son beş ilin tarixi Zəfər tarixidir!

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İlham Əliyev: Son 5 ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi. 2023-cü ilin sentyabr hadisələri, antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağımızda dura bilməz

1993-cü ildən əsl müstəqillik və inkişaf yoluna qədəm qoyan Azərbaycanın müasir tarixinin ilk 10 ili ölkəmizin haqq səsinin dünyaya çatdırılması ilə bağlı addımlarla yadda qaldı. Ölkəmizin beynəlxalq aləmdə özünü təsdiq etməsi - əməkdaşlıq, sülh və sabitlik hədəflərinə əsaslanan dövlət siyasəti yürütməsi faktı qısa zamanda rəsmi Bakının qlobal aləmdə yaxın, etibarlı tərəfdaş kimi qəbul olunmasına yol açdı. Bunun nəticəsi idi ki, XXI əsrin ilk illərindən başlayaraq Azərbaycan artıq beynalxalq siyasi arenada aparıcı aktor kimi xarakterizə olundu - qısa zamanda, yerləşdiyi regionun liderinə çevrilən dövlətimiz artıq qlobal proseslərdə təşəbbüskar kimi çıxış etməyə başladı. Qlobal terrorizmə qarşı mübarizə, ekoloji tarazlığın qorunması, enerji təhlükəsizliyinin təmini kimi mühüm proseslərdə aktiv rol alan Azərbaycanın bu illər ərzində 1 nömrəli vəzifəsi Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq, ərazi bütövlüyünü və suverenliyini bərpa etmək idi. Bütün sferalarda əldə olunan nailiyyətlərimizin yeganə hədəfi məhz Qarabağ zəfərinə doğru istiqamətlənmişdi. Prosesin sülh yolu ilə həll olunması istiqamətində illərlə göstərilən səylər isə nəticə vermədi - Ermənistanın qeyri-adekvat davranışı, zorakılıqdan və işğalçı siyasətdən əl çəkməməsi ölkəmizi alternativ yolllardan istifadə reallığı ilə üz-üzə qoydu. Beləliklə, 2020-ci ilin sentyabrında baş verən 44 günlük vətən müharibəsi son 200 illik tariximizin ən möhtəşəm, qələbə sədalı səhifəsinə çevrildi.

Bəli, Azərbaycanın müasir tarixinin son beş ili Zəfər salnaməsinə çevrildi. Vətən müharibəsində əldə olunan qələbə isə yalnız hərbi qələbə deyildi - bu, xalqın iradəsinin, dövlətin gücünün və milli həmrəyliyin parlaq təntənəsi idi. 2023-cü ilin sentyabrında isə Azərbaycan 30 ilə yaxın davam edən separatizmə son qoyaraq öz ərazi bütövlüyünü bərpa etdi. Bu qələbə xalqımızın yaddaşına əbədi həkk olundu və dövlətimizin gələcək inkişaf yolunu müəyyənləşdirdi. Prezident İlham Əliyev sentyabrın 14-də Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşdə bildirib ki, son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir və şadam ki, siz artıq öz doğma dədə-baba torpağınıza gəlmisiniz, yerləşmisiniz: “Sizin üçün burada şərait yaradılıb, evlər tikilib, təmir edilib. Bütün şərait var - su, qaz, elektrik, istilik, məktəb, tibb məntəqəsi, yollar. Ən önəmlisi bura doğma Qarabağ diyarıdır. Gözəl mənzərəli yerlərdir, hər tərəf dağ, meşə, bulaq, su da boldur. Yəni, burada, sadəcə olaraq, rahat yaşamaq, qurub-yaratmaq, uşaqları böyütmək, onlara yaxşı tərbiyə vermək üçün bütün şərait var. Yəni, artıq Azərbaycan xalqı bundan sonra sülh içində yaşayacaq”.

Zəfərə doğru...

Bu şərəfli Zəfəri şərtləndirən amillər çoxdur, onları spesifikləşdirsək:

- iqtisadi güc;

- güclü ordu;

- milli həmrəylik;

- beynəlxalq müstəvidə uğurlar;

- Və ən əsası lider amili ilə əlaqələndirmək olar.

Bu amillərin hər biri müstəqil halda mühüm əhəmiyyət daşısa da, yalnız bir-biri ilə tamamlandığı zaman bu böyük tarixi nəticəni yaratdı. Qələbə təsadüfi deyil, illərlə yürüdülən uzaqgörən siyasətin, xalqın fədakarlığının və dövlət-xalq birliyinin bəhrəsi idi. Məhz bu səbəbdən son beş ilin tarixi Azərbaycanın yalnız hərbi qələbəsinin deyil, həm də dövlətçilik ideallarının, milli kimlik və birliyin zəfər salnaməsi kimi dəyərləndirilir.

İqtisadi güc amili: qələbə üçün əsas şərt...

Qələbəyə gedən yol iqtisadi əsaslardan başlayır - 2003-cü ildən  Azərbaycanın yeni, müasir standartlar və çağırışlar əsasında formalaşan iqtisadi siyasət kursu qələbənin əsas predmeti kimi ön plana çıxır. Sirr deyil ki, ərazi bütövlüyünü təmin etmək və bu ərazilərdə yeni quruculuq prosesini həyata keçirmək üçün dövlətin maliyyə gücü ən vacib şərtdir - bunun üçün isə dövlətin sarsılmaz maliyyə dayaqları, davamlı iqtisadi inkişaf, böyük infrastruktur imkanları tələb olunur. Son illər ərzində Azərbaycan iqtisadiyyatı davamlı artım tempini qorudu, strateji valyuta ehtiyatlarını gücləndirdi və dövlət büdcəsinin dayanıqlığını təmin etdi. Neft-qaz gəlirləri ağıllı şəkildə idarə olunaraq qeyri-neft sektorunun inkişafına sərmayə yatırıldı.

Müharibə ərəfəsində dövlətin kifayət qədər güclü iqtisadi imkanlara sahib olması bütün sferelarda güc amilini önə çıxardı. İqtisadi güc həm cəbhədə qələbə üçün, həm də arxa cəbhədə sabitliyin qorunması üçün əsas baza rolunu oynadı. Azərbaycan sübut etdi ki, iqtisadi güclə dəstəklənməyən hərbi güc davamlı ola bilməz. İqtisadi güc bu günün Böyük Qayıdış proqramının təxirəsalınmaz prosesə çevrilməsini təmin etdi. Cəmi 5 il ərzində işğaldan azad edilmiş ərazilərdə böyük işlər görüldü, bir çox sakinlər öz dədə-baba yurdlarına qayıtdılar.

Ən güclü ordu: hərbi təhlükəsizliyin, gələcək sülhün təminatı...

İqtisadi inkişaf dövlətin əsas güc prioritetinin - ordunun modernləşdirilməsinə şərait yaratdı. Ordunun ən müasir texnika ilə təchiz olunması, yeni silahların alınması, hərbi sənayenin inkişafı məhz iqtisadi gücün nəticəsi idi. Beləliklə, Azərbaycan Ordusunun sarsılmazlığı və gücü bu qələbənin ən önəmli dayaqlarından biri kimi çıxış etmək imkanı yaratdı. Uzun illər ərzində aparılan islahatlar ordunun müasir standartlara uyğunlaşdırılmasına yönəlmişdi. 2020-ci il müharibəsi göstərdi ki, Azərbaycan Ordusu həm peşəkarlıq, həm də texnoloji göstəricilərlə Ermənistan ordusu ilə müqayisəolunmaz dərəcədə üstündür. Xüsusən pilotsuz uçuş aparatlarının, yüksək dəqiqlikli raketlərin tətbiqi müharibənin gedişatını tamamilə dəyişdi. Amma təkcə texnika deyil, ordunun mənəvi hazırlığı, döyüş ruhu da qələbəni təmin edən əsas amillərdən idi.

Bu qələbə ordunun dövlətin və xalqın güvəndiyi qüvvə olduğunu bir daha təsdiqlədi. Artıq Azərbaycan Ordusu regionda ən güclü ordulardan biri kimi tanınır və bu, həm hərbi təhlükəsizliyin, həm də gələcək sülhün təminatıdır. Prezident İlham Əliyev sakinlərlə görüşdə bildirib ki, bütün Qarabağ artıq tam nəzarət altındadır və bildiyiniz kimi, bu ərazi iki il bundan əvvəl işğalçılardan azad edildi. Elə bu günlərdə - sentyabrın 19-20-də şanlı Ordumuz separatçılığa son qoydu.

Qələbə üçün: Azərbaycan xalqının iradəsi, Vətən torpağına olan bağlılığı, xalqımızın birliyi

Vətən müharibəsindəki qələbənin ən mühüm amillərindən biri də Azərbaycan xalqının birliyi, həmrəyliyi oldu - ölkədə siyasi baxışlardan, sosial statusdan, dilindən, dinindən və irqindən asılı olmayaraq hamı bir amal ətrafında birləşdi: torpaqların azad olunması! Həm ölkə daxilində, həm də diasporumuz arasında görünməmiş bir həmrəylik mühiti yarandı.

Müharibə dövründə xalqın orduya göstərdiyi dəstək, könüllülərin fəallığı, humanitar yardım kampaniyaları, informasiya müharibəsində vətəndaşların aktivliyi milli həmrəyliyin nümunəsi idi. Bu birlik həm cəbhədə əsgərin gücünü artırdı, həm də beynəlxalq aləmdə Azərbaycanın haqlı mövqeyini gücləndirdi. Dövlət başçısı öz çıxışında bildirib ki, biz uzun illər çalışırdıq ki, Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun: “Ancaq Ermənistan tərəfi, onun arxasında duranlar başqa fikirdə idilər. Yəni, onlar torpağımızı geri qaytarmaq fikrində deyildilər. Onlar və onların arxasında duranlar, böyük dövlətlərin rəhbərləri onlara ürək-dirək verərək elə bil ki, bu işğalı daimi etmək istəyirdilər. Amma bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının iradəsi, gücü, Vətən torpağına olan bağlılığı, Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı və xalqımızın birliyidir. Onu hesablaya bilməmişdilər”.

Ən önəmlisi, bu milli həmrəylik Zəfərdən sonra da davam edir. Bu gün işğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işlərinin aparılmasında da eyni birlik ruhu özünü göstərir. Xalq və dövlət arasında yaranmış bu etimad mühiti Azərbaycanın gələcək inkişafının təminatıdır.

Ən mühüm vəzifə: bütün dünya Azərbaycan xalqını haqlı olaraq müzəffər xalq kimi tanıyır

Qarabağ zəfəri gənc Azərbaycanın dünya tarixinə qızıl hərflərlə yazdığı şanlı səhifəyə çevrildi. Bütün dünya qələbə uğrunda vahid amal uğrunda mübarizənin ən bariz nümunəsinin şahidi oldu. Bu zamana kimi isə qlobal dünya ölkəmizin haqq-ədalət uğrunda mübarizəsinin bütün ştrixləri ilə yaxından tanış olmuşdu - uzun illər ərzində dövlətimiz həm regionda, həm də qlobal miqyasda güclü mövqe qazanmış, bütün dünyanı Qarabağ həqiqətləri ilə yaxından tanış etmişdi.  Azərbaycanın müəllifi olduğu enerji layihələrinin, infrastruktur layihələrinin, qlobal miqyaslı təşəbbüslərinin, sülh və sabitlik uğrunda mübarizəsinin təməlində ən vacib amil kimi Qarabağ həqiqətlərinin təbliği dayanırdı.  Müharibə dövründə də Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə çıxış edirdi. Ərazi bütövlüyünün bərpası BMT qətnamələri ilə təsdiqlənmişdi və bu, ölkəmizin haqlı olduğunu göstərirdi. Ermənistan isə artıq bütün dünyada işğalçı kimi tanınırdı. Azərbaycanın diplomatik uğurları informasiya müharibəsində də özünü göstərdi. Xarici mediada fəal təbliğat aparılması, diaspor təşkilatlarının səyləri dövlətin mövqeyini gücləndirdi. Beləliklə, beynəlxalq müstəvidə uğurlar hərbi qələbənin siyasi-hüquqi əsasını təmin etdi və Azərbaycanı regionda güc mərkəzinə çevirdi. Sakinlərlə görüşündə dövlət başçısı bildirib ki, 2023-cü ilin sentyabr hadisələri, antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağımızda dura bilməz: “Çünki bizim işimiz haqq işidir, biz öz torpağımız uğrunda vuruşmuşuq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, amma öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik və bunu sübut etmişik. Bu gün bütün dünya Azərbaycan xalqını haqlı olaraq müzəffər xalq kimi tanıyır. 44 gün və bir gün - heç bir ölkə son 80 il ərzində belə mütləq, tam və ədalətli qələbə qazanmamışdır. Bununla fəxr edirik”.

Müzəffər Lider: prioritetimiz, məqsədimiz və hədəfimiz...

Qələbəni şərtləndirən, onu bütövləşdirən, gələcək üçün sağlam təməllərini atan və yaranan reallıqları bölgənin ümumi inkişaf trayektoriyası kimi müəyyənləşdirən amillərin birləşdirici qüvvəsi LİDER amilidir. Prezident İlham Əliyevin müdrik siyasəti, uzaqgörənliyi və qətiyyəti olmadan bu uğurların heç biri mümkün olmazdı. Müharibə dövründə Ali Baş Komandanın xalq qarşısında çıxışları, diplomatik fəaliyyəti, siyasi iradəsi qələbəyə inamı gücləndirdi. Prezidentin həm döyüş meydanında ordunu ruhlandırması, həm də diplomatik masada Azərbaycanın mövqeyini müdafiə etməsi lider amilinin gücünü göstərdi. Bu gün Azərbaycan xalqı qətiyyətlə deyə bilər ki, Zəfər Ali Baş Komandanın, dövlətin və xalqın birgə iradəsinin nəticəsidir.

Lider amili həm də gələcəyə baxışı müəyyənləşdirir. Azad olunmuş torpaqlarda aparılan quruculuq işləri, Zəngəzur dəhlizinin reallığa çevrilməsi, Qarabağın yenidən bərpası ölkə rəhbərliyinin uzaqgörən siyasətinin davamıdır. Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq bərpa işləri Azərbaycan dövlətinin, LİDERİNİN yorulmaz fəaliyyətinin ən mühüm nəticəsidir. Prezident İlham Əliyevin prioriteti, məqsədi və hədəfi birdir:  ƏSAS ODUR Kİ, AZƏRBAYCAN XALQI RAHAT YAŞASIN, XOŞBƏXT YAŞASIN, SÜLH İÇİNDƏ YAŞASIN...

Pərviz SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Sentyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR işçilərinə mükafat – Rəsmi əmr FOTO

15 Sentyabr 2025 18:42see3949

İsrailin addımları artıq bütün dünyada narahatlıq yaradıb ŞƏRH

15 Sentyabr 2025 19:52see324

Alvarezlə Kroufordun döyüşü tarixə düşüb

15 Sentyabr 2025 00:08see253

İlham Əliyev Hadrut qəsəbəsində olub FOTOLAR KONKRET

14 Sentyabr 2025 13:43see149

“Benfika” “Qarabağ” matçında söz sahibi o olacaq

14 Sentyabr 2025 13:47see144

Real ın oyunçusuna qırmızı verən hakim cəzalandırılacaq

14 Sentyabr 2025 17:05see142

Mövsümün sonunda Mançester Siti dən ayrılacaq

14 Sentyabr 2025 16:59see142

Beşiktaş Musayevi istəyir

14 Sentyabr 2025 13:49see140

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB VİDEO

15 Sentyabr 2025 00:52see139

Yaşlanma əleyhinə inyeksiya

14 Sentyabr 2025 20:01see137

Ramzan Kadırovun 17 yaşlı oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu

16 Sentyabr 2025 03:45see134

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

15 Sentyabr 2025 21:39see130

İsrail ordusu Nəbatiyəni vurdu: Hədəf...

15 Sentyabr 2025 23:45see128

Operanın sərhədlərini aşan, ifası ilə insanlıq dərsi verən tenor Luçano Pavarotti

15 Sentyabr 2025 02:00see128

Geosiyasətin cinayət yolu...

15 Sentyabr 2025 13:28see128

Ülviyyə Cabbarova: 8 dövlətin iştirakı ilə yaradılan Türk Dünyası Sığorta Birliyi böyük önəm daşıyır

14 Sentyabr 2025 13:28see126

Braziliya lideri Trampı dürüst dialoqa çağırdı

14 Sentyabr 2025 20:42see124

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

16 Sentyabr 2025 00:17see120

Ukraynalı səfir infarkt keçirdi

14 Sentyabr 2025 21:34see117

Mehinin toyu olacaq

15 Sentyabr 2025 21:33see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri