Icma.az
close
up
RU
Son bir ildə 69,5 min qadın münasib işlə təmin edilib

Son bir ildə 69,5 min qadın münasib işlə təmin edilib

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qadınların əmək bazarına çıxış, məşğulluq imkanlarının artırılması ölkəmizdə həyata keçirilən dövlət məşğulluq siyasətinin əsas istiqamətlərindən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu istiqamətdə tədbirlərin davamı olaraq, 2025-ci ildə daha 69,5 min qadın münasib işlə təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-ə verilən məlumata görə, mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan özünüməşğulluq proqramı işsiz və işaxtaran qadınların da kiçik sahibkarlığa çıxışına imkanlar yaradıb. Son bir ildə 6,5 mindən çox qadına özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilməklə onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb.

Aktiv məşğulluq proqramlarından biri də işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına cəlb edilməsidir. Ötən il Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 18,4 min şəxs peşə hazırlığı kurslarına cəlb olunub və onlardan 11,8 min nəfərini qadınlar təşkil edib.

Son illərdə ölkəmizin əmək qanunvericiliyində qadın əməyi ilə bağlı aparılan təkmilləşdirmələr qadınların məşğulluq imkanlarının artırılmasına yönəlib. Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Yaz İclasında Azərbaycanda bu sahədə həyata keçirilən islahatlar nümunə kimi göstərilib. Həmçinin Dünya Bankının Qadın, Biznes və Hüquq üzrə 2024-cü il nəşrindəki hesabat-reytinqdə Azərbaycan öz indeksini 78,8-dən 85-ə çatdırıb və 35 pillə irəliləyərək, 190 ölkə arasında 104-cü pillədən 69-cu pilləyə yüksəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Mart 2026 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see385

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see356

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see341

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see335

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see328

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see290

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see285

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see273

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see263

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see257

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see248

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see245

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see240

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see236

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see234

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see211

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see209

Süni intellektlə beyin əməliyyatı: Dünyada ilk uğur

28 Avqust 2026 22:43see208

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see200

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri