Son bir ildə Azərbaycanda 524 sənaye müəssisəsi bağlanıb
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən il Azərbaycanda fəaliyyət göstərən sənaye müəssisələrinin sayı əvvəlki illə müqayisədə azalıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2024-cü ildə ölkədə 5 355 aktiv sənaye müəssisəsi olduğu halda, 2025-ci ildə bu rəqəm 4 831-ə düşüb.
Yəni bir il ərzində müəssisələrin sayı 524 vahid və ya təxminən 9,8 faiz azalıb.
Azalmanın əsas hissəsi emal sənayesinin payına düşüb. Bu sahədə müəssisələrin sayı 2024-cü ildəki 4 259-dan 2025-ci ildə 3 824-ə enib. Nəticədə 435 müəssisə və ya 10,2 faiz azalma qeydə alınıb.
Bu sahədə ən böyük azalma qida məhsullarının istehsalında müşahidə edilib. Qida məhsullarının istehsalı müəssisələrinin sayı 714-dən 612-yə düşüb. Bu, 102 müəssisə və ya 14,3 faiz azalma deməkdir.
Tikinti materiallarının istehsalı sahəsində müəssisələrin sayı 408-dən 358-ə düşüb. Maşın və avadanlıqların quraşdırılması və təmiri sahəsində isə müəssisələrin sayı 506-dan 467-yə enib. Digər nəzərəçarpan azalmalar mebel istehsalı (23 müəssisə azalıb), hazır metal məmulatlarının istehsalı (28 müəssisə), rezin və plastik məmulatların istehsalı (23 müəssisə), kimya sənayesi (12 müəssisə), geyim istehsalı (18 müəssisə) və içki istehsalı (28 müəssisə) sahələrində olub.
Emal sənayesində təqdim olunan göstəricilər arasında artım elektrik avadanlıqlarının istehsalında olub. Burada müəssisələrin sayı 108-dən 109-a yüksəlib.
Mədənçıxarma sənayesində də azalma baş verib. Müəssisələrin sayı 2024-cü ildəki 427-dən 2025-ci ildə 365-ə düşüb. Bu, 62 müəssisə və ya 14,5 faiz azalma deməkdir.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə müəssisələrin sayı 385-dən 345-ə enib və 40 müəssisə azalıb.
Beləliklə, təqdim olunan məlumatlar göstərir ki, 2025-ci ildə sənayedə müəssisələrin sayında artımdan daha çox azalma müşahidə olunub. Xüsusilə emal və mədənçıxarma sənayesində müəssisələrin sayı nəzərəçarpacaq dərəcədə azalıb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Son 4 ayda Azərbaycanda 524 xarici investisiyalı müəssisə qeydiyyata alınıb
13 May 2025 12:45
Cari ildə Avropada 70 dən çox iri sənaye müəssisəsi bağlanıb
09 Sentyabr 2025 13:24
Azərbaycanda son 4 ildə sənaye zonalarında 94 sahibkarlıq subyekti rezidentlik alıb
19 Mart 2025 21:57
Azərbaycanda bir neçə dərman istehsalı müəssisəsi quraşdırılır
15 Mart 2025 16:01
Baxış sayı:90
Bu xəbər 02 Oktyabr 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















