SON DƏQİQƏ: ABŞ prezidentinin nümayəndələri Ukraynaya səfəri təxirə salıb
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ prezidenti Donald Trampın nümayəndələri - Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Ukraynaya planlaşdırılan səfərlərini təxirə salıblar.
Sherg.az xəbər verir ki, bu barədə mayın 1-də "The Kyiv Independent" nəşri məlumat yayıb.
Məlumata görə, qərarın əsas səbəbi danışıqlarda irəliləyişin olmamasıdır. Bildirilir ki, mövcud şəraitdə bu səfər daha çox simvolik xarakter daşıyacaqdı.
Nəşrə danışan ukraynalı rəsmi bildirib ki, “hazırda danışıqlarda məzmun yoxdur”.
Qərara təsir edən digər amillərdən biri kimi Ukraynanın hava məkanının bağlı olması göstərilir. Bu səbəbdən nümayəndə heyəti Kiyevə qatarla getməli olacaqdı. Mənbə qeyd edib ki, bu variant xüsusilə Uitkoff üçün çətin hesab olunur, lakin səbəblər açıqlanmayıb.
Xatırladaq ki, aprelin 30-da Ukrayna prezidenti Volodymyr Zelenskyy Bloomberg agentliyinə müsahibəsində ABŞ prezidentinin nümayəndələrinin Kiyevə səfər dəvətinə cavab vermədiyini bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 02 May 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















