SON DƏQİQƏ! Bakı Ermənistandakı görüşü LƏĞV ETDİ SƏBƏB
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan tərəfi "Sülh körpüsü" təşəbbüsü çərçivəsində azərbaycanlı və erməni ekspertlərin bu günlərdə Ermənistanda keçirilməsi nəzərdə tutulan görüşünü təxirə salmaq barədə qərar qəbul edib.
Moderator.az xəbər verir ki, "Minval Politika"nın əldə etdiyi məlumata görə, bu addımın atılmasına Ermənistan cəmiyyətində Azərbaycan əleyhinə yaranmış vəziyyət səbəb olub.
Son günlər xarici lobbi və ekspert dairələri cəlb olunmaqla ölkəmizə qarşı genişmiqyaslı informasiya kampaniyası başladılıb.
Bakıdakı mənbələrin verdiyi məlumata əsasən, Azərbaycana qarşı ərazi iddiaları və onun suverenliyinə müdaxilə cəhdləri Ermənistanın dövlət qurumları tərəfindən açıq şəkildə dəstəklənir.
Başqa sözlə, hücumların arxasında rəsmi İrəvanın dayandığı bildirilir.
Mövcud şəraitdə Azərbaycan tərəfi növbəti görüşün Ermənistanda keçirilməsini məqsədəuyğun hesab etməyərək təxirə salınmasına qərar verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 23 Sentyabr 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















