SON DƏQİQƏ! Bu ərazidə karantin elan olundu Giriş çıxış bağlandı KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Balıkəsirin Gönen mahalına bağlı Ulukır məhəlləsində iribuynuzlu heyvanlarda daban (dabaq) xəstəliyi aşkar edilib. Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 15 məhəllə karantinə alınıb.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, Gönen İlçe Kənd Təsərrüfatı və Meşə Müdirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində xəstəliyin təsbit olunmasından sonra dərhal tədbirlər görülüb. Karantin tətbiq edilən ərazilər bunlardır: Ulukır, Ayvalidere, Gebeçınar, Kınalar, Çifteçeşmeler, Dışbudak, Gelgeç, Turplu, Sarıköy, Dereköy, Gündoğan, Alaattin, Bostancı, Paşaçiftlik, Körpeağaç və Havutça məhəllələri.
Qərara əsasən, bu bölgələrə heyvanların giriş-çıxışı tamamilə qadağan edilib. Bütün heyvan hərəkətləri dayandırılıb və vəziyyət nəzarət altına alınıb.
Səlahiyyətlilər xəstəliyin yayılmaması üçün yerli sakinlərdən karantin tədbirlərinə ciddi şəkildə riayət etmələrini istəyiblər.
Eyni zamanda, karantin qaydalarına əməl etməyən şəxslərə qarşı inzibati cəza tədbirləri görüləcəyi açıqlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 01 May 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















