Icma.az
close
up
RU
SON DƏQİQƏ! Bu şəxslər əfv olunacaq KONKRET

SON DƏQİQƏ! Bu şəxslər əfv olunacaq KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanda davamlı olaraq amnistiya aktlarının qəbul edilməsi, əfv sərəncamlarının imzalanması prosesi olub. Xüsusilə, əlamətdar günlər ərəfəsində əfv sərəncamlarının imzalanmasını müşahidə etmişik. Bu dəfə də 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” olması nəzərə alınaraq növbəti əfv sərəncamınının imzalanmasının mümkünlüyü ilə bağlı məsələ ictimaiyyətdə müzakirə mövzusudur. Təbii ki, bu, Azərbaycan Prezidentinin müstəsna hüququdur. Buna görə də ilin sonuna qədər əfv sərəncamının imzalanıb-imzalanmaması ilə bağlı konkret nəsə demək mümkün deyil, amma ehtimallar var”.

KONKRET.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib.

“Dəfələrlə Azərbaycan Prezidentinin əfv sərəncamı imzalamaqla həbsdə olan şəxslərin azadlığa buraxılmasına, onların cəzalarının yüngülləşdirilməsinə şahidlik etmişik. Bu dəfə də ən azından ilin sonunadək əfv sərəncamı imzalansı istisna edilmir. Təbii ki, Əfv Komissiyası da mütəmadi olaraq fəaliyyət göstərir. Yüzlərlə müraciətlər daxil olur və Komissiya edilən müraciətləri dəyərləndirir, Azərbaycan Prezidentinə təkliflərlə çıxış edir. Sərəncam imzalansa, növbəti dəfə onlarla, yüzlərlə ailənin sevincinə səbəb olacaq”, – deputat bildirib.

A.Əlizadə qaçaqmalçılıqda ittiham edilən jurnalistlərin və siyasətçilərin aministiyaya düşmə ehtimalını isə belə dəyərləndirib: “Vaxtilə hansısa cinayət əməli törətmiş, səhv addımlar atmış şəxslərin cəzadan azad edilmələri, yaxud cəzalarının yüngülləşdirilməsi həmin şəxslərin normal həyata qayıtmaq imkanı əldə etmələrini mümkün edir. Bu baxımdan əfv sərəncamı təqdir ediləndir, yaxşı ənənədir. Hansı ixtisas sahibi olmasından, yaxud hansı fəaliyyət növü ilə məşğul olmasından asılı olmayaraq həbsdə olan şəxslərin hər biri Cinayət Məcəlləsinin müvafiq maddələri ilə mühakimə olunublar. Burada diferensasiya aparmaq da mümkün deyil. İstənilən halda ümid edək ki, xüsusilə ictimai fəalların cəmiyyətə faydalılıq dərəcəsi, həm də ictimai fikir nəzərə alınmaqla əfv üçün onlar barədə Komissiyaya müraciət olunacaqsa, bu müraciətlər dəyərləndiriləcək. Hər kəsin azadlığa qovuşması arzuolunandır. Təəssüf ki, müxtəlif cinayət əməllərində günahlandırılan şəxslər zaman-zaman olur. İstəyimiz budur ki, əfv sərəncamı daha çox məhbusu əhatə etsin, daha çox insanın sevincinə səbəb olsun”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Oktyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri