Icma.az
close
up
RU
SON DƏQİQƏ: Gələn il qaz limitləri ləğv oluna bilər KONKRET

SON DƏQİQƏ: Gələn il qaz limitləri ləğv oluna bilər KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qaz sərfiyyatının artması fonunda əhali arasında limitlərin ləğvi məsələsinə dair narahatlıq yenidən gündəmə gəlib. İnsanlar xüsusilə qış mövsümündə limitlərin tez dolması və əlavə ödənişlərin artması ilə bağlı suallar ünvanlayırlar.

Maraqlıdır, qaz limitinin ləğvi mümkündürmü?

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli KONKRET.az-a açıqlmasında bildirib ki, ölkədə kommunal xidmətlər üzrə bütün tarif qərarlarını Nazirlər Kabineti yanında Tarif Şurası verir və bu məsələ uzun müddətdir müzakirə olunsa da, real addım atılmayıb.

Natiq Cəfərli

Ekspertin sözlərinə görə, qaz və işıq limitlərinin aradan qaldırılması ilə bağlı əvvəllər müəyyən müzakirələr aparılsa da, artıq bu mövzu gündəmdə deyil:

“Limitlərlə bağlı məsələ dəfələrlə gündəmə gəlsə də, hər hansı qərarın qəbul olunduğunu görməmişik. İndi isə ümumiyyətlə bu istiqamətdə müzakirələr aparılmır.”

Natiq Cəfərli həmçinin qeyd edib ki, gələn ildən su və digər kommunal xidmət tariflərinin artırılması ilə bağlı çağırışlar səslənir. Dövlət şirkətləri yüksək maya dəyəri və xərclərin gəlirləri ödəməməsi fonunda öz narahatlıqlarını bildirirlər.

Ekspert hesab edir ki, məhz bu səbəbdən qaz limitinin ləğvi real görünmür:

“Düşünmürəm ki, yaxın zamanda bununla bağlı qərar qəbul olunsun. Azərbaycan neft-qaz ölkəsi olsa da, işıq və qazda limitlərin mövcudluğu əhalini narahat edən əsas məsələlərdən biridir.”

Müşviq Tofiqoğlu
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Dekabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri