SON DƏQİQƏ! İsrail qırıcıları İrana doğru havalandı
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çərşənbə axşamı gecə İsrail qırıcıları hərbi təlimlər çərçivəsində İran istiqamətində hərəkət ediblər.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Telekanalın beynəlxalq müxbiri Trey Yinqstinin sözlərinə görə, İsrail hərbçiləri qırıcıları Suriya və İraqın hava məkanından keçirərək İran istiqamətinə yönləndirərək təlimlər keçiriblər. pizza
"Fox News" təlimlərin digər təfərrüatlarını açıqlamır və məlumatın mənbələrini göstərmir.
Bundan əvvəl "Axios" məlumatlı mənbələrə istinadla Pentaqonun rəhbəri Pit Heqsetin İsrailə gizli səfər etdiyini və bazar ertəsi Baş nazir Benyamin Netanyahu ilə görüşdüyünü bildirmişdi. Görüşün təfərrüatları açıqlanmır.
Səfər barədə məlumat ABŞ Prezidenti Donald Trampın 2026-cı il oktyabrın 27-nə təyin edilmiş İsraildə parlament seçkilərində Netanyahunun namizədliyini dəstəklədiyini bəyan etməsindən bir gün sonra yayılıb.
Görüş, həmçinin İran əleyhinə genişmiqyaslı hərbi əməliyyatların mümkün bərpasına dair ABŞ-İsrail danışıqları fonunda baş tutub./Publika
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 21 Oktyabr 2026 01:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















