SON DƏQİQƏ! Millimizin sabiq üzvü bölgə klubu ilə anlaşdı
Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Premyer Liqaya vəsiqə qazanan “Karvan” transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi heyətini yeni futbolçu ilə gücləndirib. Yevlax klubu Araz Abdullayevlə anlaşıb. Millimizin sabiq üzvü ilə bir illik müqavilə bağlanıb.
Transfer yaxın günlərdə rəsmən açıqlanacaq.
Qeyd edək ki, Abdullayev karyerası ərzində Azərbaycanda “Neftçi”, “Qəbələ”, “Sumqayıt” və “Zirə” kimi klublarda çıxış edib. 33 yaşlı yarımmüdafiəçi bu günə qədər Premyer Liqada 192 oyun keçirib və 29 qol vurub.
Millimizin sabiq üzvü son olaraq ötən mövsüm Azərbaycan I Liqasında çıxış edən “Qaradağ Lökbatan” klubunda oynayıb.
Həsən Quluzadə
Baxış sayı:73
Bu xəbər 07 İyul 2025 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















