Icma.az
close
up
RU
SON DƏQİQƏ! Spiker deputat Xalid Tağızadənin ölkəyə qaytarılmasını tələb etdi

SON DƏQİQƏ! Spiker deputat Xalid Tağızadənin ölkəyə qaytarılmasını tələb etdi

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Xantı-Mansiysk Muxtar Dairəsi Dumasının spikeri Boris Xoxryakov azərbaycanlı deputat Xalid Tağızadənin “təcili şəkildə geri qaytarılması” barədə göstəriş verib.
Demokrat.az xəbər verir ki, Xoxryakov bu barərə özünün teleqram kanalında məlumat verib.
Xatırladaq ki, deputat Xalid Tağızadə Sibir xanlığı ilə bağlı tarixi fakta istinad edərək Yuqranın özbək xalqının tarixi vətəni olduğunu bildirdiyi üçün federal səviyyəli hücumlara məruz qalmışdı.
3 iyun tarixində Xantı-Mansiysk Muxtar Dairəsi Dumasında onun məsələsi müzakirə olunub və Tağızadə Sosial İnkişaf üzrə Daimi Komissiyanın sədri vəzifəsindən azad edilib. Lakin hələlik onun deputat mandatından məhrum edilməsinə dair hər hansı qanuni əsas müəyyən olunmayıb.
Rusiya mənbələrinin məlumatına görə, Xalid Tağızadə müzakirələr başlamazdan bir neçə saat öncə Xantı-Mansiysk bölgəsini tərk edib və 3 iyun gecəsi Bakıya uçub. Bu barədə Rusiya mənbələri məlumat yayıb.
Dumanın spikeri Boris Xoxryakov Telegram kanalında bildirib ki, deputat Tağızadə iclasda iştirak etməməsini “tətil müddətində bölgə xaricində olması” ilə izah edib. Spiker qeyd edib ki, Tağızadə ilə iclasdan əvvəl əlaqə saxlayıb və o, növbəti məzuniyyətdə olduğunu bildirib. Spiker tərəfindən 3 iyuna qədər deputatın məzuniyyətdən geri dönməsi barədə sərəncam imzalanıb.
Lakin həmin tarix artıq keçib və deputat hələ də geri qayıtmayıb.
“Daimi Komissiya, Sosial İnkişaf Komitəsi və bu gün keçirilən 46-cı Yuxarı Duma iclasında onun şəxsən iştirak etməsi üçün bütün zəruri tədbirlər görülüb. Amma deputat Tağızadə bu iclaslarda iştirak etmək qərarına gəlmədi”, – deyə spiker Xoxryakov bildirib.
O, ictimaiyyətə müraciət edərək vəziyyətin gərginləşdirilməməsi üçün “emosiyaların azaldılması” xahişini səsləndirib. Spikerin sözlərinə görə, deputatların məsələnin “ört-basdır” edilməsinə marağı yoxdur.
“Qəbul edilən bütün qərarlar qanunvericiliyin imkan verdiyi maksimal çərçivədə olub. Hamımız belə bəyanatların və hərəkətlərin, Rusiya və Yuqradakı ərazi bütövlüyünə və millətlərarası sabitliyə təhdid yarada biləcək halların yolverilməzliyini dəstəkləyirik”, – deyə Boris Xoxryakov vurğulayıb. (Bizim.Media)
 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 İyun 2025 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see355

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see338

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see327

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see291

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see279

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see275

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see263

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see248

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see239

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see237

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see236

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see229

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see223

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see220

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see214

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see204

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see202

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see196

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see196

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri