Icma.az
close
up
RU
SON DƏQİQƏ! Tehrahın gizli qalxanı açıldı “Mozaik müharibə” hər şeyi ALT ÜST EDƏCƏK?

SON DƏQİQƏ! Tehrahın gizli qalxanı açıldı “Mozaik müharibə” hər şeyi ALT ÜST EDƏCƏK?

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın İrana yönəlik sərt bəyanatları və hərbi təhdidləri Vaşinqtonun məqsədinin təkcə təzyiq yox, rejim dəyişikliyi olub-olmadığı sualını yenidən gündəmə gətirib.

Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, beynəlxalq agentliklərin yazdığına görə, Ağ Evdə hərbi ssenarilər getdikcə daha açıq müzakirə olunur. Regiona USS Abraham Lincoln aviadaşıyıcı qrupunun göndərilməsi isə vəziyyəti daha da gərginləşdirib.

HƏDƏF REJİM DƏYİŞİKLİYİDİR?

Reuters-a danışan mənbələr bildirir ki, mümkün hava zərbələrinin əsas məqsədi İranda yeni etiraz dalğası yaratmaq və bu yolla Tehranın çökməsinə zəmin hazırlamaqdır. ABŞ-də İranın ali rəhbərliyi, təhlükəsizlik elitası, nüvə obyektləri, ballistik raket siloları və hökumət binalarının hədəf alına biləcəyi ssenarilər masadadır. Lakin ekspertlər xəbərdarlıq edir: bu plan gözlənildiyi kimi sürətli nəticə verməyə də bilər.

İRANIN “MOZAİK MÜDAFİƏ” SİRRİ

İran Araşdırmaları Mərkəzinin eksperti Oral Toğanın fikrincə, Tehran 2003-cü ildə ABŞ-ın İraqı işğalından sonra “Mozaik Müdafiə” adlı çoxqatlı təhlükəsizlik sistemi qurub. Bu sistemin mahiyyəti rejimin taleyini tək bir liderə bağlamamaqdır. Ali rəhbər, prezident və ya yüksək rütbəli komandirlərin hədəf alınması halında ölkədə avtomatik olaraq parçalı siyasi-hərbi mexanizm işə düşür.

İran Konstitusiyasının 111-ci maddəsinə əsasən, ali rəhbərin yoxluğunda idarəetmə prezident, məhkəmə hakimiyyətinin rəhbəri və Mühafizəkarlar Şurasından bir fəqihdən ibarət üçlü struktura keçir. Bu mexanizm Milli Təhlükəsizlik Ali Şurasının nəzarəti altında fəaliyyət göstərir.

DEVRİM MÜHAFİZƏLƏRİ PAYLANMIŞ GÜC MODELİNDƏ

Toğa bildirir ki, Devrim Mühafizələri Ordusu (İDMO) ölkənin 31 vilayətinə və rayonlarına yayılmış şəkildə təşkil edilib. Yerli strukturlar fövqəladə vəziyyətdə Tehrandan göstəriş almadan qərar vermək səlahiyyətinə malikdir. Məqsəd paytaxtın çökəcəyi ssenaridə belə müqavimətin davam etməsini təmin etməkdir. Bu, mümkün işğal və ya sui-qəsd planlarını xeyli çətinləşdirir.

ETİRAZLAR VƏ GİZLİ CƏBHƏ

28 dekabrda başlayan etirazların ilkin mərhələdə spontan olduğu bildirilsə də, sonradan silahlı etnik və ideoloji qrupların da prosesə qoşulduğu qeyd olunur. Ən gərgin toqquşmaların baş verdiyi Qərbi İran bölgələri eyni zamanda raket və dron silolarının yerləşdiyi ərazilərdir. Ekspertlərə görə, bu təsadüf deyil və ABŞ–İsrail xəttində koordinasiyalı planın mövcudluğuna işarə edir.

REGİON ÜÇÜN PROQNOZSUZ FƏLAKƏT RİSKİ

İran tərəfi istənilən hücumu “topyekûn müharibə” səbəbi sayacağını açıq bəyan edib. Bu halda İraq, Yəmən və digər ölkələrdəki İran yönlü qrupların da hərəkətə keçə biləcəyi istisna olunmur. Analitiklər xəbərdarlıq edir ki, belə bir ssenari Hörmüz boğazının bağlanması, ABŞ bazalarına hücumlar və regional xaosla nəticələnə bilər.

USS ABRAHAM LINCOLN – HƏRBİ MESAJ

ABŞ-ın əsas güc rıçaqlarından biri bölgəyə göndərilən USS Abraham Lincoln aviadaşıyıcısıdır. Nimitz sinifli, 333 metr uzunluğunda olan bu “üzən hərbi baza” 65-dən çox döyüş təyyarəsi, F-35C və F/A-18 Super Hornetlər, elektron hücum üçün EA-18G Growlerlər və müasir raket sistemləri ilə təchiz olunub. Gəmini 3 destroyer, 2 kreyser və bir hücum sualtı qayığı müşayiət edir.

Ekspertlərə görə, ABŞ-ın İrana mümkün müdaxiləsi əvvəlki böhranlardan fərqli olaraq həm daxildə, həm də regionda son dərəcə kövrək şəraitdə baş verə bilər. “Mozaik Müdafiə” sistemi Tehranın tez çökdürülməsini çətinləşdirir. Bu isə o deməkdir ki, atılacaq hər addım Yaxın Şərqi illərlə davam edəcək nəzarətsiz bir böhrana sürükləyə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 Yanvar 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see408

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see195

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see192

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see170

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri