Icma.az
close
up
RU
SON DƏQİQƏ! Tramp açıqladı : Yenidən BAŞLAYIR KONKRET

SON DƏQİQƏ! Tramp açıqladı : Yenidən BAŞLAYIR KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp İranla bağlı davam edən diplomatik gərginlik və Pakistanın vasitəçiliyi ilə keçirilməsi planlaşdırılan görüşün ləğvi barədə silsilə kəskin bəyanatlar verərək rəsmi Vaşinqtonun bu müstəvidə mütləq üstünlüyə malik olduğunu və Tehranın hazırda çıxılmaz vəziyyətdə qaldığını bəyan edib.

KONKRET.az xəbər verir ki, Ağ Ev rəhbəri özünün son çıxışında ABŞ-ın bütün bəndlər üzrə strateji qalibiyyət əldə etdiyini vurğulayaraq bildirib ki, əgər iranlılar həqiqətən danışıqlar aparmaq niyyətindədirlərsə, bunun üçün artıq vasitəçilərə və ya uzaq məsafəli səfərlərə ehtiyac yoxdur, sadəcə ona birbaşa zəng etmələri kifayətdir.

Hazırda bütün üstünlüklərin və “kartların” ABŞ-ın əlində olduğunu, Tehranın isə heç bir diplomatik rıçaqının qalmadığını iddia edən Tramp həmçinin İran rəhbərliyi daxilində ciddi bir xaosun və hakimiyyət uğrunda kəskin daxili çəkişmələrin getdiyini, onların bir-biri ilə mübarizə apardığını qeyd edərək özünün kiminlə lazımdırsa onunla da işləyəcəyini vurğulayıb. Diplomatik prosesin texniki tərəflərinə də toxunan prezident İran tərəfinin əvvəlcə onlara qeyri-qənaətbəxş bir sənəd təqdim etdiyini, lakin bu sənədin rədd edilməsindən cəmi on dəqiqə sonra daha əhatəli və güzəştli yeni bir sənədin göndərildiyini açıqlayıb. İranın bir çox təkliflər verməsinə rəğmən Tramp bu addımların hələ də yetərli olmadığını və heç kimin tanımadığı rəsmilərlə görüşmək üçün on beş-on altı saatlıq uçuşlar edərək vaxt itirmək niyyətində olmadığını qətiyyətlə ifadə edib. Pakistanın vasitəçilik səylərini və ölkə rəhbərliyini, xüsusən də feldmarşal və baş naziri yüksək qiymətləndirən Tramp bununla belə regiondakı hərbi vəziyyətə toxunaraq atəşkəs rejiminin uzadılıb-uzadılmayacağı barədə hələ qəti bir qərara gəlmədiyini və bu haqda düşünmədiyini də diqqətə çatdırıb. Bu bəyanatlar Tramp administrasiyasının İrana qarşı “maksimum təzyiq” siyasətini yeni və daha aqressiv səviyyəyə qaldırdığını nümayiş etdirir.//

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Aprel 2026 00:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see302

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see294

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see266

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see240

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see236

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see234

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see229

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see227

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see225

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see215

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see199

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see197

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see196

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see195

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see193

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see191

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri