Son dəqiqə: Türk tankları bu ölkənin ərazisinə daxil oldu
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kiprin Pila kəndi yaxınlığında yerləşən BMT-yə məxsus bufer zonasında gərginlik artıb. Hadisə adadakı yunan və türk icmalarının ziddiyyətli açıqlamalarına səbəb olub.
Globalinfo.az xəbər verir ki, Yunan tərəfi Türkiyənin bölgəyə 15 tank göndərdiyini, mülki geyimdə polis əməkdaşlarının yerləşdirildiyini və Şimali Kipr Türk Respublikası bayrağının qaldırıldığını iddia edir.
Lakin BMT sülhməramlı missiyası bu məlumatları təkzib edib. Bildirilib ki, texnika və qüvvələr bufer zonaya daxil olmayıb, yalnız türk tərəfinin nəzarətində olan ərazidə yerləşdirilib.
Türk tərəfi isə hadisənin hərbi deyil, təsərrüfat mübahisəsi ilə bağlı olduğunu açıqlayır. Onların sözlərinə görə, yunan tərəfi heyvan xəstəliyi ilə əlaqədar yoxlama aparmaq üçün sərhədi keçmək istəyib, lakin buna icazə verilməyib.
Bölgədə BMT və Britaniya qüvvələrinin patrulları gücləndirilib. Vəziyyət hazırda sabitdir, lakin tərəflər arasında gərginlik qalmaqdadır.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 15 Aprel 2026 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















