SON DƏQİQƏ: Vaşinqton Moskva Kiyev danışıqlarında vasitəçi olmaqdan İMTİNA ETDİ
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
ABŞ artıq Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq, Moskva ilə Kiyev arasında birbaşa danışıqların vaxtı çatıb.
Bakıvaxtı.az-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus deyib.
“Bu məsələyə yanaşma tərzimiz və metodologiyamız dəyişir. Biz vasitəçi olmayacağıq. Biz mötədil görüşlər üçün dünyanın o biri tərəfinə uçmayacağıq. İndi iş iki tərəf arasında aparılmalıdır. Bunun vaxtıdır”, - deyə o bildirib.
Dövlət Departamentinin sözçüsü əlavə edib ki, ABŞ hələ də sülhün bərqərar olması üçün əlindən gələni edəcək, lakin münaqişənin nəticəsi hazırda Ukrayna və Rusiya tərəfindən konkret ideyaların işlənib hazırlanmasını tələb edir.
“Dünyanın başqa hissələri, bütöv bir yer kürəsi var. Onlar da bizim diqqətimizi tələb edir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 02 May 2025 00:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















