Icma.az
close
up
RU
SON DƏQİQƏ! Zelenski 20 bəndlik sülh planını ictimaiyyətə AÇIQLADI MADDƏLƏR

SON DƏQİQƏ! Zelenski 20 bəndlik sülh planını ictimaiyyətə AÇIQLADI MADDƏLƏR

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə ABŞ ilə müzakirə olunan 20 maddəlik sülh planının bəndlərini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “RBK Ukrayna” nəşri yazıb.
Sülh planı aşağıdakı bəndləri əhatə edir:
1. Ukraynanın suverenliyinin təsdiqlənməsi;
2. Rusiya və Ukrayna arasında qarşılıqlı hücum etməmək barədə razılaşma, həmçinin atəşkəs xəttində vəziyyətin monitorinqi mexanizminin yaradılması;
3. Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətləri;
4. Sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayının 800 min nəfərlə məhdudlaşdırılması;
 

5. ABŞ, NATO və Avropa tərəfindən Ukraynaya Şimali Atlantika Alyansının 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsi. Rusiyanın Ukraynaya hücumu halında silahlı cavab və Moskvaya qarşı sanksiyaların bərpası;


6. Rusiyanın Avropa və Ukraynaya qarşı hücum etməmək siyasətini yazılı şəkildə təsbit etməsi;
7. Ukraynanın Avropa İttifaqına üzvlük tarixinin müəyyən edilməsi, Kiyevə Avropa bazarına qısamüddətli çıxışın verilməsi;
8. Ukraynanın inkişafına dair təşəbbüslər, o cümlədən qaz infrastrukturu, ərazilərin bərpası, faydalı qazıntıların və təbii resursların hasilatı sahələrində layihələr;
9. Ukraynanın bərpası üçün fondlara 800 milyard dollar cəlb edilməsi;
10. ABŞ ilə azad ticarət sazişinin bağlanması prosesinin sürətləndirilməsi;
11. Ukraynanın qeyri-nüvə statusunun rəsmiləşdirilməsi;
12. ABŞ Zaporojye AES-in Rusiya, Ukrayna və ABŞ tərəfindən birgə idarə olunmasını təklif edir, dividendlərin bərabər bölüşdürülməsi nəzərdə tutulur. Ukrayna Rusiyanın iştirakını istisna edir, kompromis tapılmayıb;
13. Ukrayna və Rusiya məktəblərdə müxtəlif mədəniyyətlərə tolerantlığı təşviq edən təhsil proqramlarının tətbiqi öhdəliyini götürür;
 

14. Donetsk və Luqanskda, eləcə də Zaporojye və Xerson vilayətlərində qoşunların razılaşmanın qəbul edildiyi tarixdəki mövqeləri üzrə atəşkəs qüvvəyə minir. Rusiya qoşunlarını Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən çıxarmalıdır. Ukrayna Rusiya ordusunun Donbasdan çıxmasını tələb edir, ABŞ isə orada azad iqtisadi zona yaradılmasını təklif edir;


15. Ərazi razılaşmalarından sonra Rusiya və Ukrayna onları güc yolu ilə dəyişməmək öhdəliyi götürür;
16. Rusiya Ukraynanın Dnepr çayından və Qara dənizdən kommersiya məqsədləri üçün istifadəsinə mane olmayacaq, Kinburn burnu demilitarizasiya ediləcək;
17. Humanitar komitənin yaradılması, hərbi əsirlərin “hamı hamıya” prinsipi ilə dəyişdirilməsi, o cümlədən uşaqlar və siyasi məhbuslar daxil olmaqla mülki şəxslərin geri qaytarılması;
18. Razılaşma imzalandıqdan sonra Ukrayna mümkün qədər tez seçkilər keçirməlidir;
19. Razılaşmanın icrasına ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə şura zəmanət verəcək, pozuntulara görə sanksiyalar nəzərdə tutulur;
20. Bütün tərəflər bu müddəalar üzrə razılığa gəldindən sonra tam atəşkəs dərhal qüvvəyə minəcək.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Dekabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri