Icma.az
close
up
RU
Son dörd ildə Böyük Britaniya miqrantların ölkəni tərk etməsi üçün 53 milyon funt sterlinq ödəyib

Son dörd ildə Böyük Britaniya miqrantların ölkəni tərk etməsi üçün 53 milyon funt sterlinq ödəyib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

London, 9 iyun, AZƏRTAC

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi son dörd ildə miqrantların ölkəni könüllü tərk etməsi üçün 53 milyon funt sterlinq məbləğində vəsait ayırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat yayıb. Hökumətin həyata keçirdiyi könüllü qayıdış proqramı çərçivəsində miqrantlara vətənə dönmələri üçün 3 min funt sterlinqədək maliyyə dəstəyi göstərilir, onların təyyarə biletləri də dövlət tərəfindən qarşılanır. Bu proses “yardımlı qayıdış” (assisted return) adı ilə tanınır və son illər ərzində bu növ qayıdışların sayı əhəmiyyətli dərəcədə artıb.

Rəsmi məlumatlara əsasən, 2021–2024-cü illər ərzində ümumilikdə 13 637 nəfər yardımlı qayıdış proqramından faydalanıb. Təkcə 2024-cü ildə bu proqram çərçivəsində 6 799 nəfər vətəninə geri dönüb. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə bu rəqəm 2 179 nəfər olub.

Yardımlı qayıdış üçün əsasən inkişaf etməkdə olan ölkələrdən olan şəxslər, sığınacaq müraciəti rədd edilənlər, insan alveri qurbanları, küçələrdə yaşayanlar və tibbi problemi olan şəxslər müraciət edə bilirlər. 2024-cü ildə yardımlı qayıdışı qəbul edənlər arasında ilk yerdə Braziliya vətəndaşları (3 573 nəfər) olub. Onları 915 nəfərlə Hindistan, 271 nəfərlə isə Honduras vətəndaşları izləyib.

Daxili İşlər Nazirliyi bildirib ki, yardımlı qayıdışlar dövlətin bu şəxslərin ölkədə qalmasını maliyyələşdirməsindən daha az xərclidir və daha səmərəli üsuldur.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2025 00:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see239

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see223

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see223

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see219

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see216

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see177

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see173

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see171

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see158

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see156

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see155

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see147

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see145

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see143

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri