Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

“Son dörd ilin reallıqları daha böyük inamla addımlamağa əsas verir”

“Son dörd ilin reallıqları daha böyük inamla addımlamağa əsas verir”

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Tarixi Zəfərimizdən 4 il keçir. Son dörd ilin harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün necə qürurverici olduğunu təsəvvür etmək çətin deyil. 30 il bir milyondan artıq soydaşının qaçqın və məcburi köçkün vəziyyətində olmasının, 20 faiz torpağının düşmən tapdağı altında qalmasının acısını yaşayan xalqın bu gün keçirdiyi hisslər bəllidir. Tarixi ədalət, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi, artıq soydaşlarımız mərhələ-mərhələ öz doğma yurd-yuvalarına qayıdır. 30 il bu günü səbirsizliklə gözləyən xalqımız tam əmin idi ki, dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq və bu ərazilərdə yeni həyat başlayacaq.

İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin əsas prioriteti və strateji hədəfi olub. Hər bir uğur böyük səylərin, qətiyyətin nəticəsidir. Lider və düşünülmüş siyasət amillərinin hər bir ölkənin inkişafında, qarşıya qoyduğu hədəflərə zamanında və yüksək səviyyədə nail olmasında əsas faktor olduğu daim önə çəkilir. Bu gün Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olmasını səciyyələndirən də məhz bu amillərdir.

Bu gün xalqımız bu zəfərlərin sevincini yaşayır. Dörd il bundan öncə Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən ərazilərimizi raket atəşinə tutması dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevdən “İrəli!” əmrini alan rəşadətli ordumuz böyük ruh yüksəkliyi ilə bu tapşırığın icrasına başladı”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, “Dəmir yumruq” əməliyyatının ilk saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli getdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi.Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. İlham Əliyevin müharibənin gedişi dövründə xalqa müraciətlərinin hər biri zəfər ruhunda oldu. Hər bir müraciətində xalqa müjdələr çatdıran dövlət başçısı müharibənin qələbə ilə başa çatacağına əminliyini ifadə edirdi. 44 gündə tariximizə yazılan zəfər səhifələri bu əminliyə əsas verirdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi oldu. İlham Əliyev bu münasibətlə xalqa müraciətində Bəyanatın imzalanmasını şərtləndirən amilləri bir daha diqqətə çatdıraraq Qarabağın tacı Şuşanın işğaldan azad edilməsinin xüsusi rolunu vurğuladı. Bildirdi ki, Şuşanın azad edilməsi həm böyük siyasi, həm strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. 

Vüqar Rəhimzadə vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında bu məqama xüsusi diqqət yönəldir ki, qələbəyə aparan yol müxtəlif istiqamətlərdən keçdi. Güclü Silahlı Qüvvələrin yaradılması əsas vəzifə idi və biz bunu yaratdıq:

“Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritet istiqaməti olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye kompleksi hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur”.

Milli Məclisin deputatı onu da bildirib ki, tarixi Zəfərimizdən sonrakı dörd ildə də Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi əsas prioritetlər sırasındadır:

“Tarixi Zəfərimizdən üç il sonra suverenliyimizin tam bərpa edilməsi bunun bariz nümunəsidir. Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə  ötən ilin 19 sentyabr tarixində lokal xarakterli antiterror əməliyyatına başlanıldı. Antiterror tədbirlərinin nəticəsində Azərbaycan bütün ölkə ərazisində öz suverenliyini tam bərpa etdi. Bu, ölkəmizin növbəti Qələbəsi oldu. 15 oktyabr tarixində isə  Prezident,  Müzəffər Ali Baş Komandan  İlham Əliyev Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağını ucaltdı və bu məkandan Ermənistana, ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırdı. Tarixi Zəfərimizdən ötən dörd ildə imza atdığımız zəfərlər sırasında Qazaxın dörd kəndinin geri qaytarılmasını da qeyd edə bilərik. Azərbaycanın növbəti diplomatik uğuru kimi dəyərləndirilən bu mühüm hadisə, eyni zamanda, belə bir reallığı da təsdiqlədi ki, vasitəçilik olmadan da məsələnin ədalətli həllinə nail olmaq mümkündür. Keçmiş münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan və artıq tarixin arxivinə atılan uğursuz Minsk qrupu 30 illik zaman kəsiyində fəaliyyətinin nədən ibarət olduğunu dərk etmədi”.

Vüqar Rəhimzadə qeyd edib ki, tarixi Zəfərimiz, eyni zamanda, Azərbaycanın informasiya cəbhəsindəki üstünlüyünə işıq saldı:

“İlham Əliyevin müharibənin getdiyi dövrlərdə xarici mətbuata çoxsaylı müsahibələrinin hər biri bu baxımdan zəngin mənbədir. Prezident İlham Əliyev həmin müsahibələrində dünyanın aparıcı dövlətlərinə və nüfuzlu beynəlxalq təşkilatlara tarix, hüquq, hərbi və milli qürur dərsi kecdi. Bir daha bildirdi ki, Qarabağ məsələsi ədalət, milli qürur, beynəlxalq hüquq məsələsidir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bütün bu reallıqların təqdimatı oldu. Sübut edildi ki, ədalət və beynəlxalq hüquq var. Buna nail olmaq üçün sadəcə qətiyyət göstərmək lazımdır. Azərbaycan istər 30 illik işğal, istər 44 günlük Vətən müharibəsi, istərsə də suverenliyimizin bərpasından sonra aramsız qərəzli ittihamlarla, təzyiqlərlə, sanksiyaların tətbiqi çağırışları ilə üz-üzə qalsa da dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti bütün cəhdlərin qarşısını qətiyyətlə alır və bundan sonra da alacaq”.

Millət vəkili son dörd ilin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərindən bəhs edib. Bildirib ki, soydaşlarımızın qayıdış ünvanlarının sayının artması bu işlərin miqyası və sürəti barədə aydın təsəvvür yaradır. Son bir ildə sakinlərinə qovuşan şəhərlər sırasına Şuşa, Xocalı və Cəbrayıl da daxil oldu. Xankəndi və Kəlbəcər şəhərlərinə qayıdış da bu ilin hədəfləri sırasındadır. Son dörd ilin reallıqları sabaha daha böyük inamla addımlamağa əsas verir. Böyük Qayıdış Proqramının uğurlu icrası Azərbaycanla bağlı bütün məqamları dünyaya çatdırır. Azərbaycan xalqı qurucu, öz torpaqlarına sahib çıxan, yenilməz, məğrur xalqdır. Dövlətimiz soydaşlarımızın yüksək rifah şəraitində yaşamasını qarşıya prioritet məsələ kimi qoyur. Atılan addımlar iqtisadi və maliyyə imkanlarımızı nümayiş etdirir. Bir sözlə, dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, güclü Azərbaycan həmişə hədəfimiz olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see268

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see251

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see178

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see174

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see148

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see146

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri