Icma.az
close
up
RU
Son iki ayda Ukraynanı təxminən 100 min kişi tərk edib VURUŞMAQ İSTƏMİRLƏR?

Son iki ayda Ukraynanı təxminən 100 min kişi tərk edib VURUŞMAQ İSTƏMİRLƏR?

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna prezidenti Volodimir Zelenski ölkədən çıxış qaydalarını yumşaldandan sonra son iki ay ərzində hərbi çağırış yaşında olan təxminən 100 min ukraynalı kişi ölkəni tərk edib.
Bizim.Media xəbər verir ki, bu barədə The Telegraph nəşri yazıb.
Mövzu ilə bağlı Polşa Sərhəd Xidməti bildirib ki, avqustun sonunda qaydalar yumşaldıldıqdan bəri 18–22 yaş arası 99 minə yaxın ukraynalı kişi sərhədi keçərək ölkədən çıxıb. Polşa bu baxımdan əsas keçid marşrutu hesab olunur.
Müqayisə üçün Böyük Britaniya ordusunun ümumi şəxsi heyəti təxminən 70 min nəfərdir.
Xatırladaq ki, Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum etdikdən sonra ölkədə hərbi vəziyyət elan olunmuş və 18–60 yaşlı kişilərin ölkəni tərk etməsi qadağan edilmişdi. Bu, onların çağırışa cəlb olunmasından asılı olmayaraq tətbiq edilirdi.
Üçillik müharibədən sonra Zelenski ukraynalılara 23 yaşına qədər ölkədən çıxmağa icazə verən yeni qaydanı təsdiqləyib.
Bu addım çağırış siyasətində aparılan islahatların bir hissəsi idi: məcburi hərbi xidmət yaşı 27-dən 25-ə endirilib. Bu qərar cəbhədə şəxsi heyət çatışmazlığı ilə bağlı narahatlıqların artması fonunda qəbul edilib.
Hökumət ümid edirdi ki, gənclərə ölkədən çıxmaq üçün daha çox azadlıq verməklə onları sonradan könüllü şəkildə orduya qayıtmağa təşviq edə biləcək. Eyni zamanda, bu dəyişiklik valideynlərin azyaşlı oğlanlarını 18 yaşına çatmadan xaricə göndərməsi praktikasının da qarşısını almağa yönəlmişdi. Zelenski avqustda xəbərdarlıq etmişdi ki, bu cür hallar “gənc ukraynalılarla öz ölkəsi arasında əlaqəni qırır”.
Lakin Zelenskinin gözləntilərinə baxmayaraq, bu qərar orduda könüllülərin sayını artırmaq əvəzinə, əksinə, daha çox gəncin Avropaya üz tutmasına səbəb olub, halbuki regionda miqrasiya ilə bağlı gərginlik getdikcə artır.
Polşa sərhəd xidmətinin məlumatına görə, yanvardan avqustun sonuna qədər — yəni qaydalar dəyişməzdən əvvəl — 18–22 yaş arası 45 300 ukraynalı ölkəni tərk etmişdi. Sonrakı iki ayda isə bu rəqəm 98 500 nəfərə çatıb, bu da gündə təxminən 1 600 nəfər deməkdir.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Oktyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri