Icma.az
close
up
RU
Son iki ildə Ukraynada Azərbaycan vətəndaşlarının 180 dən çox şirkəti qeydiyyatdan keçib

Son iki ildə Ukraynada Azərbaycan vətəndaşlarının 180 dən çox şirkəti qeydiyyatdan keçib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kiyev, 22 may, AZƏRTAC

Son iki ildə Azərbaycan vətəndaşlarının Ukraynada 180-dən çox şirkəti qeydiyyatdan keçib. Azərbaycan vətəndaşları bu məsələdə ən aktiv əcnəbilər sırasındadır.

Bunu AZƏRTAC-a açıqlamasında “Terezi” Ukrayna-Azərbaycan Biznes Assosiasiyasının rəhbəri Cəlal Hüseynov deyib.

C.Hüseynov bildirib ki, bütün bunlar Ukraynanın dayanıqlığını da göstərir.

“Ölkədə bank sektoru qorunub, enerji sistemi bərpa olunub, Azərbaycanın göstərdiyi enerji və humanitar dəstək isə bu prosesin ayrılmaz hissəsidir. Həmçinin Azərbaycan və Ukrayna hökumətləri arasında İkitərəfli Biznes Şurası artıq fəaliyyətini genişləndirib. Bu il dövlət-özəl tərəfdaşlıq sahəsində əsaslı dəyişikliklər gözlənilir. İnvestisiya layihələri üçün prosedurlar sadələşdirilib. Həmçinin ABŞ-la strateji minerallar üzrə memorandum imzalanıb. Bu da uzunmüddətli investisiyalar üçün vacib siqnaldır”, - deyə assosiasiya rəhbəri qeyd edib.

C.Hüseynov əlavə edib ki, müharibə vəziyyətinə baxmayaraq iki ölkə arasında idxal-ixrac əməliyyatlarının səviyyəsi də qorunub saxlanılır: “Azərbaycandan Ukraynaya gübrə, tikinti materialları və kənd təsərrüfatı məhsullarının ixracı artır. Ukraynadan isə ərzaq, ət və emal olunmuş məhsulların ixracı davam edir. Nəticədə iki ölkə arasında ticarət balansı daha bərabər və davamlı olub”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see146

“Hicab artıq məcburi deyil” − Bahoner

04 Oktyabr 2025 19:47see142

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see135

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see129

Tibbdə YENİLİK: Sümük snıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

04 Oktyabr 2025 23:08see127

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see126

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see125

90 cı illərin məşhur qrupu bu şəxsə görə dağılıb Çelik ŞOK ADI açıqladı

04 Oktyabr 2025 21:34see125

III MDB Oyunları: Azərbaycan cüdo yarışlarında beşinci qızıl medalını qazanıb YENİLƏNİB 7

04 Oktyabr 2025 18:50see124

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see124

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see124

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see124

Azərbaycanın 5 güləşçisi medal qazanıb YENİLƏNİB 2

04 Oktyabr 2025 18:53see123

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see123

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see122

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see122

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see121

Marketlərdən bu məhsulları almayın Ekspertdən xəbərdarlıq

04 Oktyabr 2025 19:00see121

Qalatasaray Beşiktaş matçında iki qol vuruldu

05 Oktyabr 2025 00:28see119

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri