Son illər ölkəmizdə büdcə idarəçiliyi sahəsində islahatlar həyata keçirilib Deputat
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Büdcə hər bir dövlətin iqtisadi siyasətinin və maliyyə sisteminin təməl sütunlarından biridir. O dövlətin sosial-iqtisadi inkişaf prioritetlərini və strateji məqsədlərini özündə əks etdirir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Asif Əsgərov deyib.
Deputat bildirib ki, büdcənin formalaşdırılması prosesi iqtisadiyyatın real vəziyyəti, sosial tələbatlar, regionların inkişaf istiqamətləri və dövlət proqramlarının maliyyələşdirilməsi ilə sıx bağlıdır:
"Son illər ölkəmizdə büdcə idarəçiliyi sahəsində islahatlar həyata keçirilib. Bu da öz növbəsində büdcə prosesinin şəffaflığını artırmaqla yanaşı dövlət vəsaitlərinin daha məqsədyönlü və səmərəli istifadəsinə imkan yaradır. Büdcə dövlətin gələcəyi və vətəndaşların sosial təminatı ilə birbaşa əlaqəlidir. Düzgün formalaşdırılmış büdcə ölkənin sabitliyinə, sosial təminatına və uzunmüddətli inkişafına yönəlmiş ən güclü vasitədir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 19 Noyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















