Icma.az
close
up
RU
Son illər uşaqların cılız olmasının səbəbi nədir?

Son illər uşaqların cılız olmasının səbəbi nədir?

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Uşaq inkişafı" anlayışından yaşın müxtəlif mərhələlərində uşaqlarda yaranan ehtiyacların müəyyənləşdirilməsi məqsədilə maraqlı bir yanaşma kimi istifadə edilir. Uşaq inkişafı, doğulduğu gündən yeniyetməlik dövrünə qədər insan həyatının müəyyən bir hissəsini əhatə edən mürəkkəb prosesdir.

Bu proses üç mərhələdən keçir:

1) Erkən uşaqlıq dövrü;

2) Orta uşaqlıq dövrü;

3) Yeniyetməlik dövrü.

Aparılan elmi tədqiqatlar göstərir ki, uşaqlar doğulduqları gündən hər şeyi dərk edir, ətraflarında nələrin baş verdiyini anlayırlar. Eyni zamanda, onlar doğulduqları gündən etibarən ətrafdakı mühit haqqında məlumatların toplanması, seçilməsi və analizi yolu ilə dünyanı araşdırmağa və öyrənməyə başlayırlar. Erkən uşaqlıq dövründə idrak inkişafı sensor-motorik fəaliyyətlər nəticəsində baş verir. Yeni doğulmuş körpələrin əksəriyyəti hərəkət edən əşyaları izləyir, yüksək səsə reaksiya verir, rənglərin parıltısını və tonunu fərqləndirirlər. Onlar, hətta bəzi hadisələri əvvəlcədən təxmin edə bilirlər. Məsələn, körpənin dodaqları döşün gilələrinə dəydikdə əmməyə başlayır. Üç aylığında körpələr onlara tanış olan simaları tanıyır, digərlərinin üz ifadələrini yamsılayır, məsələn gülümsəyir, səsləri təkrarlayır, hər hansı hərəkətə, yaxud səsə reaksiya verirlər.

Altıaylıq körpələr isə artıq ətrafda nələrin baş verdiyini başa düşürlər. Bu dövrdə körpələr səsləri yamsılamağa başlayır, öz səslərini eşitməkdən məmnun qalır, valideynlərini tanıyır, kənar adamlardan qorxur, habelə hərəkətdə olan və hərəkətsiz əşyaları fərqləndirməyi bacarırlar. Onlar əşyaları yerə saldıqdan sonra onları yenidən qaldırmağın mümkün olduğunu da dərk edirlər. Bu dövrdə körpəyə verilən əşyanı onun qəsdən əlindən yerə saldığını, kənara tulladığını müşahidə etmək olar. Dörd, yeddi aylığında isə idrak inkişafı onların öz adlarını tanıması və adlarını çəkərkən dərhal buna reaksiya verməsi ilə müşayiət olunur.

Bu mövzu ətrafında ən diqqət yetirilməli olan məqam isə qidalanma prosesi ilə bağlıdır. Belə ki, ilk altı ayda çəkisi normaya uyğun olmayan, yaxud gün ərzində 4 və ya 6 dəfədən az qidalanan körpələrin psixologiyasında, davranışlarında hər hansı çatışmazlığın olub-olmadığını yoxlamaq lazımdır. Valideynin uşağı yedizdirmək üçün qrafiki düzgün müəyyənləşdirməməsi, yaxud özünün hər hansı probleminin olması düzgün qidalanmağa mənfi təsir göstərir. Qidalanma probleminin dəqiq öyrənilməsi məqsədilə qidalanma prosesində valideyn və uşağın təması müşahidə edilməlidir. Bu problem gələcəkdə uşaqla valideyn arasındakı münasibətlərə təsir edə bilər. Yedizdirərkən körpəni onun üçün rahat bir vəziyyətdə saxlamaq lazımdır. Digər əhəmiyyətli məqamlardan biri də uşağın nə qədər tez-tez yedizdirilməsidir: unutmaq lazım deyil ki, gec-gec yedizdirmə ziyanlı olduğu kimi, körpəni tez-tez yedizdirmək də məqsədəuyğun deyildir. Ümumiyyətlə, düzgün qidalanma qaydalarını əldə etmək üçün uşaq həkiminə müraciət etmək daha doğru olardı.

Orta uşaqlıq dövrünün inkişafı

ABŞ-da uşaq həkimləri arasında populyar bir inam var. Onlar hesab edirlər ki, uşağın fiziki sağlamlığının əsasında onun psixo-sosial sağlamlığı dayanır. Belə ki, uşağın psixo-sosial durumu qaydasında olarsa, o zaman onun fiziki sağlamlığı da yerində olacaq. Orta uşaqlıq dövrü uşağın həyatında elə bir dövrdür ki, bu dövrdə uşaqlarda sürətli idrak inkişafı baş verir, onlar əksər idrak, sosial və emosional bacarıqları əldə etməyə başlayırlar. Bu dövrdə uşaqlar tədricən valideynlərinin, himayədarlarının asılılığından çıxaraq sərbəstliyə doğru can atır, ətrafdakı insanlarla dostluğa meyil göstərirlər. Onlar özlərini və ailələrini digərləri ilə müqayisə etməyə başlayır, ailələr arasındakı iqtisadi, sosial, dini, etnik və s. fərqləri görə bilirlər. Orta uşaqlıq dövrünün əvvəllərində onlar eqosentrik (yalnız özünü düşünən) xarakterə malik olsalar da, növbəti illərdə digərlərinin hissləri haqqında da düşünməyə başlayırlar. Uşaqların sosial və emosional inkişafında özünü göstərən iki əhəmiyyətli istiqamət haqqında söhbət açmaq çox vacibdir: 1) sosial dərketmə, yaxud orta uşaqlıq dövründə olan uşağın onu əhatə edən mühit və ümumən dünya haqqında düşüncə metodları; 2) əxlaq haqqında düşüncələri, nəyin "düzgün" və "yanlış" olması barədə fikirləşmə yolları. Bu yaş dövründə uşaqlar sərbəstliyə doğru addım atıb, bir çox məsələləri müstəqil şəkildə yerinə yetirməyə başladıqca onlarda tədricən fərdilik hissi də formalaşır. Onlar ailədə, həmyaşıdları arasında, icmada və məktəbdə hara "aid" olduqlarının fərqinə varmağa başlayırlar. Əgər uşaqlar öz yerlərini, hara "aid" olduqlarını asanlıqla müəyyən edə bilirlərsə, o zaman onlar özlərini ailənin, məktəbin, icmanın, qrupun, komandanın bacarıqlı, faydalı bir üzvü kimi hiss etməyə başlayırlar. Əgər uşaq özünü heç bir qrupa aid edə, qrupun tərkib hissəsi ola bilmirsə, yaxud bu proses çətinliklə baş verirsə, onda uşağın sosial-emosional durumunda problemlər yaranır ki, bu da gələcəkdə onun sosial bacarıqlarında bəzi pozğunluqların yaranmasına gətirib çıxara bilər.

Uşaqların ən çox inkişaf etdikləri dövrlərdən biri isə yeniyetməlik dövrüdür

Bədən hüceyrələrinin böyüməsi prosesi doğulduğu gündən orta uşaqlıq dövrünə qədər olan müddətdə zəif gedir. Cinsi yetişkənlik dövründə isə bu prosesin sürətlənməsi müşahidə olunur. Bu dövrdə bədənin ölçüsündə, formasında, quruluşunda dəyişiklik baş verir və cinsiyyət orqanları böyüyür. Bu proses hər iki cins üçün eyni olsa da, qızların və oğlanların cinsi yetişkənliyi prosesində müəyyən fərqlər vardır

1) Qız uşaqları oğlanlara nisbətən daha tez yetişirlər;

2) Həm qızlar, həm də oğlanlarda cinsi yetişkənlik prosesinin inkişaf sürəti fərdi xarakter daşıyır;

3) Bioloji inkişafın ardıcıllığı bütün yeniyetmələr üçün eynidir.

Yeniyetməlik dövründə bədənin çəkisi qızları və oğlanları narahat edən amillərdəndir. Bəzən bu amillər onlarda komplekslərin yaranmasına və sosiallaşmalarına əngəllər yaradır. Məlumdur ki, cəmiyyətimizdə ideal qadın bədəninin incə, kişi bədənin isə əzələli olması fikri təşviq olunur. ABŞ-də yeniyetmələr arasında keçirilmiş sorğuda iştirak edən yeniyetmələrin əksəriyyəti öz bədənlərinin formasından, çəkisindən, bədən ölçülərindən narazılıqlarını gizlətməmişlər. Bu tədqiqatda iştirak edən qızlar arıqlamaq üçün pəhrizdə olduqlarını bildirmiş, oğlanlar isə daha əzələli olmaq istəklərini ifadə etmişlər. Yeniyetmələrin öz bədənlərindən, xarici görkəmlərindən bu qədər bədgümanlığı onların qeyri-sağlam qidalanma, pəhriz dərmanları, aclıq kimi vasitələrə əl atmasına gətirib çıxara bilər.

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran pediatr Aytən İsmayılzadə bildirib ki, hazırda Azərbaycanda uşaqların cılızlaşmasının və inkişafının zəif olması qidalanma ilə bağlıdır.

"Biz əvvəlcə orta boyu nəzərə almalıyıq. Orta boy persentil cədvəllər ilə müəyyən olunur. Bizim ölkəmizdə persentil şkalası təyin olunmayıb, bu səbəbdən də Türkiyə şkalası ilə hesablanır. Ümumi götürəndə isə uşaqlarda orta boy normadan aşağıdır. Amma bu yenə də norma daxilindədir. Əvvəlki dövrlə indiki dövrü nəzərə alsaq, gen dəyişiminə baxmaq lazımdır. Bunun səbəbi isə əvvəllər Rusiya kökənli insanlarla ailə qurulmaları boyların uzun olması ilə nəticələnirdi.

Öz xanımlarımız isə bəstəboydurlar. İndi öz genlərimiz təkrarlanır və ana genlər dominantlıq təşkil etdiyi üçün bəstəboylar artır. Amma dəqiq nəsə demək mümkün deyil, çünki ölkəmiz üzrə statistik göstərici yoxdur. Cılızlıq isə əzələ kütləsinin az olması, inkişafda gerilik, tempdə gerilik, qidalanma zəifliyi ilə əlaqədardır. İndiki uşaqların tez-tez xəstələnməsinə səbəb isə fastfud qidalardan çox istifadə etmələri və sağlam qidalanmamalarıdır. Uşaq normalda 2 kq çəki almalıdırsa, düzgün qidalnamadığı üçün 1 kq çəki alır. Uşaqların tez-tez antibiotik istifadə etməsi bağırsaqları korlayır, bu da fiziki inkişafın gecikməsinə səbəb olur".

Mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında pediatr Məhsəti Nəcəfova isə daha çox oturaq həyat tərzinin, kompüter, planşet və telefon qarşısında çox vaxt keçirmənin, sümüklərin uzununa inkişafını ləngitdiyini bildirib.

"Son zamanlar uşaqlarda cılızlaşma, boy qısalığı narahat olunası problemlərdən biridir. Bunların bir çox səbəbləri var.

Qidalanmada olan problemlər. Müasir uşaqlar daha çox hazır emal olunmuş qidalar istifadə edirlər. Fastfud qidalar, qazlı içkilər, şirniyyatlarla zəngin qidalar, vitamin və mineral baxımından kasıb olur, bunlar da uşaqların rasional inkişaflarını ləngidirlər. Xüsusən də sink, dəmir çatışmazlığı təkan verən əsas faktorlardan sayılır.

Digər amil müasir uşaqların fiziki aktivliyinin azalmasıdır. Daha çox oturaq həyat tərzi, kompüter, planşet və telefon qarşısında vaxt keçirmək, sümüklərin uzununa inkişafını ləngidir. Stres və psixoloji problemlər, sosial faktorlar, ağır bel çantaları da əsas faktorlardan biridir. Ən çox təsir edən amillərdən biri də yuxu rejimidir. Boy hormonu daha çox gecələr sintez olur ki, müasir uşaqların əksəriyyətinin gecə, gec yatması, boy hormonunun sekresiyasının ləngiməsinə səbəb olur. Xroniki xəstəliklər, xüsusən də qalxanvari vəzinin xəstəlikləri həzm sisteminin xəstəlikləri və s. genetik faktorlar.

Valideynlər isə bu mövzularda düzgün qidalanmaya fikir verməlidirlər. Zülal mənbələri: ət, toyuq, balıq, yumurta, paxlalılar və s. rasiona üstünlük verilməlidir. Fiziki aktivlik, üzgüçülük, basketbol, turnikdən sallanmaq və s. boy artımına təsir edir. Daha çox stresdən uzaq olmaq məsləhətdir. Unutmayaq ki, uşaqlar bizim gələcəyimizdirlər. Onların sağlam böyüməsi gələcəyimizin daha güclü əllərdə olduğunun bir açarıdır", - deyə M.Nəcəfova bildirib.

Düzgün qidalanma uşaqların sağlamlığı və inkişafı üçün vacibdir

Müxtəlif qidalarla bəslənmə:

Gündəlik qida rasionunda dənli bitkilər, meyvələr, tərəvəzlər, zülal mənbələri (ət, balıq, yumurta, paxlalılar) və süd məhsulları olmalıdır.

Şəkər və yağdan çəkinmək lazımdır:

Yüksək şəkər və doymuş yağ tərkibli qidalardan mümkün qədər uzaq durmaq lazımdır.

Təmiz su içilməlidir:

Su uşaqlar üçün ideal içkidir. Şəkərli içkilər mümkün qədər məhdudlaşdırılmalıdır.

Porsiya nəzarətinə diqqət edilməlidir:

Yemək miqdarı uşağın yaşına və fiziki aktivliyinə uyğun tənzimlənməlidir.

Sağlam ailə adətləri yaradılmalıdır:

Yeməyi ailə ilə birlikdə yeyərək uşaqlara sağlam qida vərdişlərini göstərmək olar.

Təbii qidalara üstünlük verilməlidir:

Emal olunmuş qidalar əvəzinə təbii və evdə hazırlanan yeməklər seçilməlidir.

Bəs yaxşı, hansı idman növləri ilə məşğul olmaq lazımdır?

Uşaqlar üçün uyğun idman növləri onların yaşına, fiziki qabiliyyətlərinə və maraqlarına əsaslanır.

Bəzi təkliflər:

Üzgüçülük - bütün bədən əzələlərini işlədir, duruşu yaxşılaşdırır və ürək-damar sağlamlığını gücləndirir.

Futbol və ya basketbol - komanda işini öyrədir, dözümlülüyü və çevikliyi inkişaf etdirir.

Gimnastika və ya döyüş sənətləri - elastikliyi artırır, balansı və özünə inamı yaxşılaşdırır.

Velosiped və ya qaçış - sadə amma effektiv idman növləridir, uşaqları açıq havada aktiv saxlamaq üçün ideal seçimdir.

Tennis və ya badminton - əl-göz koordinasiyasını inkişaf etdirir və refleksləri gücləndirir.

Atçılıq - uşaqlara heyvanlarla işləməyi öyrədir, tarazlığı və özünəinamı inkişaf etdirir.

Hokkey (buz və ya ot üstündə) - koordinasiya və komanda ruhunu gücləndirir.

Yoqa - elastiklik və psixoloji rahatlıq üçün ideal seçimdir, uşaqların streslə mübarizə aparma qabiliyyətini də artırır.

Dırmanma və ya alpinizm - dözümlülük və güclü fiziki forma üçün mükəmməldir, çətinlikləri aradan qaldırmağa təşviq edir.

Skeyt - əl-göz koordinasiyasını və balansı yaxşılaşdırır.

Voleybol və ya həndbol - komanda işi və strategiya qurmaq bacarığı üzərində işləməyə imkan verir.

Anar Həsənov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:18
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

8 yaşlı Zəhranın yaşaması üçün sizin köməyinizə ehtiyacı var: Ailəsi bütün əşyalarını satıb

25 Mart 2025 18:50see315

Avstraliyada 15 milyon illik balıq qalıqları tapıldı

24 Mart 2025 05:01see132

Bakı sakini: “Plastik əməliyyatdan sonra hamısının burnu və dodaqları eynidir VİDEO

24 Mart 2025 07:45see119

ABŞ və UKRAYNA ARASINDA YENİ RAZILAŞMA OLDU Rüstəm Umerov detalları açıqladı

25 Mart 2025 21:01see119

Yoxa çıxan 3 rəfiqənin müəmmalı MESAJLARI VƏ ŞƏKİLLƏRİ

24 Mart 2025 12:14see116

Millətlər Liqası: Millimizin son rəqibi penaltilər seriyasında məlum oldu NƏTİCƏLƏR

24 Mart 2025 02:40see116

Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başa çatıb: Umerov detalları açıqlayıb

24 Mart 2025 08:12see115

Qorxulu yuxuları həkimə danışın

25 Mart 2025 01:01see115

Azərbaycanın DÇ nin seçmə mərhələsindəki sonuncu rəqibi məlum olub

24 Mart 2025 03:24see114

Smartfonu dəyişmək üçün ən optimal müddət

25 Mart 2025 06:24see112

İki dostun dələduzluq planı: Sosial ev adı ilə qaçqınlar binasını göstərdilər

24 Mart 2025 17:56see111

Əməkdar artistin 4 milyona tikdirdiyi villasından GÖRÜNTÜLƏR

25 Mart 2025 12:13see111

Karasin: “ABŞ la danışıqlar zamanı çətin, lakin faydalı dialoq baş tutdu”

25 Mart 2025 11:34see110

Real 600 milyon avrodan çox gəlir əldə etdi

25 Mart 2025 10:39see110

Gəncə sakini evinin eyvanında özünü asıb

25 Mart 2025 11:47see110

“Səs Uşaqlar”dan “O Səs Türkiyə”yə... VİDEO

24 Mart 2025 17:43see110

Tehranın Ermənistanın ərazi bütövlüyünü dəstəkləməsi...

24 Mart 2025 18:25see110

Amerikalı UFC çempionu 5 il müddətinə azadlıqdan məhrum edilib

25 Mart 2025 13:13see109

Azərbaycanın futzal üzrə FIFA referiləri beynəlxalq təyinat alıblar

24 Mart 2025 15:54see109

Sabah paytaxtda 15, bəzi bölgələrdə isə 18 dərəcə isti olacaq

25 Mart 2025 19:50see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri