Icma.az
close
up
RU
Son illərdə Sumqayıtın inkişaf dinamikası Rəqəmlər nə deyir?

Son illərdə Sumqayıtın inkişaf dinamikası Rəqəmlər nə deyir?

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın aparıcı sənaye mərkəzlərindən biri olan Sumqayıt son illərdə sosial-iqtisadi inkişaf baxımından mühüm nəticələr əldə edib.

“Qafqazinfo” xəbər verir ki, dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr, sənayeləşmə siyasəti, investisiya qoyuluşlarının genişlənməsi və yeni istehsal müəssisələrinin yaradılması şəhərin iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına şərait yaradıb.

Son 11 ilin göstəricilərinə əsasən, Sumqayıtda ümumi məhsul buraxılışının həcmi 6 dəfə artaraq 850 milyon manatdan 5 milyard 100 milyon manata çatıb. Bu göstərici şəhər iqtisadiyyatında istehsal və xidmət sahələrinin miqyasının əhəmiyyətli dərəcədə genişləndiyini göstərir.

Eyni dövrdə sənaye məhsulunun həcmi 8 dəfə artıb. Belə ki, 2015-ci ildə 500 milyon manat təşkil edən sənaye məhsulunun həcmi hazırda 4 milyard manata yüksəlib. Bu artım Sumqayıtın sənaye potensialının daha da gücləndiyini və şəhərin ölkənin qeyri-neft sənayesində mühüm mövqeyini qoruduğunu göstərir.

Şəhərin iqtisadi inkişafında əsas kapitala yönəldilən vəsaitlərin də mühüm rolu olub. Ötən dövr ərzində əsas kapitala yönəldilmiş vəsaitin həcmi 3 dəfə artaraq 140 milyon manatdan 420 milyon manata çatıb. İnvestisiyaların artması yeni istehsal sahələrinin yaradılmasına, mövcud müəssisələrin genişləndirilməsinə və iqtisadi fəallığın yüksəlməsinə imkan verib.

İqtisadi artım əmək bazarının göstəricilərində də öz əksini tapıb. Şəhər üzrə işçilərin orta aylıq əməkhaqqı 2,4 dəfə artaraq 400 manatdan 985 manata yüksəlib. Eyni zamanda, şəhərdə məşğul olan əhalinin sayı təqribən iki dəfə artıb. 2015-ci ildə 100 min nəfər təşkil edən məşğul əhalinin sayı hazırda 195 min nəfərə çatıb.

Sumqayıtın sosial-iqtisadi inkişafı demoqrafik göstəricilərdə də müşahidə olunur. Şəhər əhalisinin sayı 336 min nəfərdən 428,8 min nəfərə yüksəlib. Bu, 92,8 min nəfərlik və ya təxminən 27,6 faizlik artım deməkdir. Əhali sayının artması şəhərin iqtisadi imkanlarının, məşğulluq potensialının və sosial infrastrukturunun genişlənməsi ilə müşayiət olunub.

Şəhər əhalisinin hər bir nəfərinə düşən gəlirin göstəricisində də müsbət dinamika qeydə alınıb. Bu göstərici son 11 ildə 1,6 dəfə artaraq 3400 manatdan 5600 manata çatıb. Əhalinin gəlirlərinin yüksəlməsi şəhərdə iqtisadi fəallığın və sosial rifahın artımını xarakterizə edən əsas göstəricilərdən biridir.

Sənaye müəssisələrinin sayında qeydə alınan artım şəhərin istehsal bazasının əhəmiyyətli dərəcədə genişləndiyini göstərir. Hazırda Sumqayıt şəhərində 156-sı iri və orta, 113-ü kiçik olmaqla ümumilikdə 269 sənaye müəssisəsi, həmçinin seçmə qaydada 124 fərdi sahibkar sənaye sahəsində fəaliyyət göstərir.

Beləliklə, şəhərdə sənaye sahəsində fəaliyyət göstərən müəssisə və fərdi sahibkarların ümumi sayı 393-ə çatıb. Bu, ötən dövrlə müqayisədə 3,2 dəfə artım deməkdir. Sənaye müəssisələrinin sayındakı artımla yanaşı, sahədə məşğulluq imkanları da əhəmiyyətli dərəcədə genişlənib. Son illərdə fəaliyyətə başlayan və istehsal gücünü artıran sənaye müəssisələri hesabına şəhərdə təqribən 8 minə yaxın yeni iş yeri yaradılıb.

Ümumilikdə, son illərin göstəriciləri Sumqayıtın iqtisadi və sosial inkişafında əhəmiyyətli dəyişikliklərin baş verdiyini göstərir. Ümumi məhsul buraxılışının 6 dəfə, sənaye məhsulunun 8 dəfə, əsas kapitala yönəldilən vəsaitlərin 3 dəfə artması, eyni zamanda məşğul əhalinin sayının təxminən iki dəfə və orta aylıq əmək haqqının 2,4 dəfə yüksəlməsi şəhərin iqtisadi potensialının davamlı şəkildə genişləndiyini nümayiş etdirir.

Bu göstəricilər Sumqayıtın ənənəvi sənaye şəhərindən müasir istehsal, investisiya və məşğulluq imkanlarının genişləndiyi iri iqtisadi mərkəzə çevrilməsi istiqamətində əldə olunan nəticələri əks etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Avqust 2026 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri