Icma.az
close
up
RU
Son şans: Tramp Putindən xəbər gözləyir Əgər cavab gəlməsə...

Son şans: Tramp Putindən xəbər gözləyir Əgər cavab gəlməsə...

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“The Economist” nəşrinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı yayımladığı məlumat Kiyevin narazılığına səbəb olub. Nəşr Zelenskinin komandasına Rusiya ilə imzalanacaq atəşkəs razılaşmasından sonra prezident seçkilərinin təşkilini tapşırdığını yazıb. İddialara görə, bu, 2025-ci ilin yay aylarına təsadüf edə bilər. Lakin Ukrayna prezidentinin aparat rəhbəri Andrey Yermak iddiaları təkzib edib, belə bir tapşırığın verilmədiyini söyləyib.

Sözügedən iddialar nə dərəcədə həqiqətə uyğundur? Məlumat doğrudursa, növbəti seçkilərdə Ukraynanın yeni prezidenti olmağa ən yaxın namizəd kimdir?

Globalinfo.az-a danışan politoloq Şahin Cəfərli deyib ki, Ukraynada hazırda hərbi vəziyyət hökm sürür:

“Ölkə konstitusiyasına əsasən hərbi vəziyyət zamanı seçkilər keçirilə bilməz. Yəni bu vəziyyətdə seçkilərin keçirilməsi Ukrayna konstitusiyası ilə qadağandır.

Hazırda Ukrayna təhlükəsizlik strukturlarında bir milyona yaxın insan xidmət edir. Bunların yarıdan çoxu cəbhə bölgəsindədir. Seçki keçirilərsə, bu şəxslərin necə səs verməsi sual altındadır. Hərbçilər döyüşü buraxıb, seçkiyə gedib səs verməlidir ki, bu da mümkün deyil.

Digər bir məsələ – Ukraynanı tərk edən 7-8 milyon ukraynalıdır. Onlar da bu səsvermədə iştirak etməlidir. Bu şəxslərin seçkiyə qatılması üçün təşkilatçılıq etmək imkanı da azdır. Yəni müharibə dayandırılmadan seçkilərin baş tutması çətindir”.

Şahin Cəfərli

Politoloq qeyd edib ki, ABŞ müharibənin dayandırılması üçün cəhdlər edir:

“Hətta bir ay öncə Səudiyyə Ərəbistanında razılıq əldə edildi. Rusiya isə hələ də atəşkəsə razılıq vermir. Bu gün Trampın xüsusi nümayəndəsi Rusiyaya səfər etdi. Bu görüşdən çox şey asılıdır. ABŞ-ın səbri tükənmək üzrədir. Tramp da artıq narahatlığını ifadə edir. O bu ayın sonuna qədər Rusiyanın atəşkəslə bağlı cavabını gözləyəcək. Əgər cavab gəlməzsə, Kremlə təzyiqləri artıracaq”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Aprel 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri