Icma.az
close
up
RU
“Son zəng”də bayağı mahnı oxuyan direktorla bağlı məhkəmə qərarı

“Son zəng”də bayağı mahnı oxuyan direktorla bağlı məhkəmə qərarı

Samuxda məktəbdə keçirilən "Son zəng" mərasimində bayağı musiqi səsləndirilməsinə görə işdən azad olunan məktəb direktoru vəzifəsinə bərpa edilib.

Moderator.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb.

Samux rayonunun İnstitut qəsəbəsi tam orta məktəbin işdən çıxarılan direktoru Gülsafa Abbasova həmin təhsil müəssisəsində direktor vəzifəsinə qaytarılıb.

Məhkəmə direktorun baş vermiş hadisədə günahsız olması qənaətinə gəlib. Bundan əlavə, onun işdən uzaqlaşdırıldığı 6 ay müddətə direktor vəzifəsinin əməkhaqqısının da qaytarılmasına qərar verilib.

Qeyd edək ki, sözügedən məktəbdə bu il keçirilən "Son zəng" tədbirində kriminal xarakterli musiqinin ifa edilməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılmış və müzakirələrə səbəb olmuşdu. Bu səbəbdən direktor işdən kənarlaşdırılmışdı.

seeBaxış sayı:34
embedMənbə:https://moderator.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri