Icma.az
close
up
RU
Son zənglə bağlı valideynlərə çağırış edildi

Son zənglə bağlı valideynlərə çağırış edildi

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məktəblərdə keçirilən “Son zəng” tədbirləri hər il məzunların həyatında ən yaddaqalan günlərdən biri kimi qeyd olunur. Lakin son illərdə bu tədbirlərlə bağlı təhlükəsizlik qaydalarının sərtləşdirilməsi, bəzi məhdudiyyətlərin tətbiqi və qeyri-rəsmi məclislərə nəzarətin artırılması ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Aidiyyəti qurumlar bildirirlər ki, tətbiq olunan qadağalar şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin, hüquqpozma hallarının və digər arzuolunmaz vəziyyətlərin qarşısının alınması məqsədi daşıyır.
Bəs “Son zəng” tədbirindən sonra baş verən hadisələrə görə məsuliyyət kimə məxsusdur?
Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca Demokrat.az-a açıqlamasında bildirib ki, məktəbdə təşkil olunan rəsmi tədbir başa çatdıqdan sonra təhsil müəssisəsinin hüquqi məsuliyyəti sona çatır.
Onun sözlərinə görə, şagirdlər məktəb ərazisini tərk etdikdən sonra onların davranışları və təhlükəsizliyi ilə bağlı məsuliyyət valideynlərin üzərinə keçir.
"‘Son Zəng’ tədbirinin rəsmi hissəsi başa çatdıqdan və şagirdlər məktəb ərazisini tərk etdikdən sonra təhsil müəssisəsinin məsuliyyəti tamamilə bitir. Bu andan etibarən, uşaqların yetkinlik yaşına çatmadığını nəzərə alaraq, onların məktəbdənkənar hər bir hərəkətinə görə hüquqi, maddi və mənəvi cavabdehlik birbaşa valideynin üzərinə düşür".
Ekspert qeyd edib ki, son illərdə ən çox narahatlıq doğuran məsələlərdən biri məzunlar üçün təşkil edilən qeyri-rəsmi əyləncə proqramlarıdır. Xüsusilə restoranlarda, şadlıq saraylarında və digər məkanlarda keçirilən tədbirlər zamanı nəzarətin zəifləməsi müəyyən risklər yarada bilir.
"Valideynlər xüsusilə rəsmi qadağalardan kənarda, yəni şadlıq saraylarında və ya restoranlarda təşkil olunan qeyri-rəsmi ziyafətlərdə uşaqların təhlükəsizliyinə və davranışlarına ciddi nəzarət etməlidirlər. Belə tədbirlər zamanı spirtli içki qəbulu, təhlükəli davranışlar və digər neqativ halların qarşısının alınması vacibdir. Valideyn nəzarətinin zəif olduğu hallarda müxtəlif problemlərin yaranması ehtimalı artır".
Şəmsi Qocanın sözlərinə görə, məzun günlərində müşahidə olunan digər təhlükəli tendensiyalardan biri də sürücülük vəsiqəsi olmayan gənclərin avtomobil idarə etməsidir.
"Gənclərin sürücülük vəsiqəsi olmadan sükan arxasına əyləşməsi, avtomobil karvanları yaratması, yol hərəkəti qaydalarını pozması və ictimai asayişə xələl gətirməsi ciddi hüquqi nəticələr doğura bilər. Belə hallarda yaranan inzibati məsuliyyət, maddi ziyan və ya daha ağır nəticələr qanunvericiliyə uyğun şəkildə qiymətləndirilir".
Ekspert vurğulayıb ki, bəzi valideynlər övladlarının məktəbi bitirməsini bayram əhval-ruhiyyəsi ilə qarşılasa da, təhlükəsizlik məsələləri heç vaxt diqqətdən kənarda qalmamalıdır.
"Məzuniyyət sevinci heç bir halda təhlükəsizlik qaydalarının pozulmasına əsas verməməlidir. Valideynlər həmin gün övladlarının harada olduqlarını, kimlərlə vaxt keçirdiklərini və hansı fəaliyyətlə məşğul olduqlarını bilməlidirlər. Bu, həm mümkün risklərin qarşısını almaq, həm də xoşagəlməz hadisələrdən yayınmaq üçün vacibdir".
Mütəxəssis hesab edir ki, “Son zəng”lə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər şagirdlərin sevincini məhdudlaşdırmaq məqsədi daşımır. Əksinə, bu tədbirlər gənclərin təhlükəsizliyinin qorunmasına, ictimai asayişin təmin edilməsinə və bayram gününün xoş xatirələrlə yadda qalmasına xidmət edir.
Onun fikrincə, məktəb, valideyn və aidiyyəti qurumların birgə əməkdaşlığı nəticəsində “Son zəng” tədbirləri həm təhlükəsiz, həm də yaddaqalan şəkildə təşkil oluna bilər.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 İyun 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri