Sona qədər mübarizə aparmaq şansı qazandıq Qvardiola Arsenal üzərində qələbəni şərh etdi
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə çempionatının 33-cü turunda London "Arsenal"ı üzərində qazandıqları qələbəni dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "şəhərlilər" lider mövqeyində qərarlaşan "topçular"ı evdə 2:1 hesabı ilə məğlub ediblər.
"BBC Sport"-a danışan Qvardiola prinsipial matçdakı zəfərlə bağlı bunları dilə gətirib:
"Əlbəttə ki, titul uğrunda mübarizə aparırıq. Amma bizim çox pis qrafikimiz var və hələ turnir cədvəlinin zirvəsinə çatmamışıq. "Arsenal" İngiltərənin ən yaxşı komandası olaraq qalır. Bu gün sona qədər mübarizə aparmaq şansı qazandıq. Həqiqətən yaxşı oynadıq. Komandamı təbrik edirəm".
"Arsenal" 33 oyundan sonra 70 xal toplayıb, "Mançester Siti" isə hazırda 67 xal toplayıb, lakin Qvardiolanın komandası bir oyun az keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 20 Aprel 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















