Icma.az
close
up
RU
Sonaxanım: “Çimnaz deyərdi ki, dəfn olunmaqdan qorxuram, birdən orada oyanaram”

Sonaxanım: “Çimnaz deyərdi ki, dəfn olunmaqdan qorxuram, birdən orada oyanaram”

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, ötən gün aktrisa Çimnaz Sultanova vəfat edib.
Bizim.Media xəbər verir ki, aktrisanın dəfnində iştirak edən həmkarı Sonaxanım Əliyeva azxeber.com-a açıqlmasında Çimnazın xəstəliyindən xəbərdar olmadığını bildirib:
"Çimnaz heç vaxt başağrısından belə şikayətlənməzdi, həmişə həyatdolu bir insan olub. Həm də özünü sevirdi. Dünən canlı yayımda idim. Canlı yayımdan çıxar-çıxmaz xəbər gəldi ki, Çimnaz rəhmətə gedib. İnana bilmirdim. Onun reklam sevgisini də bilirdim. Sevirdi ki, onun haqqında danışılsın. Düşündüm ki, ad günü olduğu üçün reklam etmək istəyib. Nail Nailoğlu ilə əlaqə saxladım. Ona dedim ki, mən Çimnazın öldüyünə inanmıram. Hətta Çimnazın özünə səs atmışdım. Xəstəxanaya yatması ilə bağlı heç kim heç nə bilmirdi. Göndərdiyim mesaj 2 xətt oldu. Mesajım getdi, amma heç bir cavab gəlmədi. Əlaqə saxlamağa çalışdım. Heç kim zənglərimi götürmürdü. Onun oğlu da xəbəri elə sosial mediadan öyrənib. Hazırda Almaniyadadır. Dəfndə iştirak etməyəcək. Çünki çatdıra bilməz. Çimnaz xanım bir neçə ay öncə anasını da itirmişdi.
Aktira həmkarının qorxusundan da danışıb:
"O qədər problemləri olub, lakin heç kəs bundan xəbərdar olmayıb. Çimnazın bir qorxusu da var idi ki, dəfn olunmaqdan qorxardı. Biz dəfələrlə söhbət etmişik. Həmişə deyərdi ki, qorxuram dəfn olunmaqdan. Qaranlıqda necə qalacam? Birdən sıxılaram, birdən orada oyanaram.
Bizim Çimnazla danışığımız tez-tez olub. Həm video görüntülü, həm üz-üzə danışıqlarımız olub.
Son zamanlar başı Novxanıdakı evin tikintisinə qarışmışdı. Həmişə sevinib deyirdim ki, sağlığına qismət olsun. Amma təəssüf ki, heç doyunca yaşamadı o evdə. Dünəndən bu günə sosial şəbəkələrdə xoşagəlməz rəylərlə rastlaşıram. Üzümə hər kəsə tutub deyirəm ki, ölüm haqdır. Hamının qapısını əvvəl-axır döyəcək. Çimnazı yaxından və dərindən tanıyan hər kəs bilir ki, onun necə ürəyi var idi. Tamam başqa bir ürəkli insan idi. Bilib-bilmədən kimsə onun haqqında danışmasın. Ən azından unutmasınlar ki, ölüm haqdır".
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Yanvar 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri