“Sonra da deyirlər ki, bizi niyə tənqid edirsiniz?!”
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Bizdə Xəzər Su İnnovasiya Forumu keçirildi. Bilmək istəyirəm ki, bizim komitənin üzvləri o Foruma niyə dəvət olunmamışdılar? Biz hər yerdə onların fəaliyyətini təbliğ edirik, dəstək veririk. Ancaq bu Forumda biz niyə iştirak etmirik? Sonra da deyirlər ki, bizi niyə tənqid edirsiniz?!”
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında bildirib.
“Mən çox xahiş edirəm aidiyyəti qurumlardan, bəlkə kontakt itibsə, yenidən o əlaqəni yaradaq. Biz o vaxtkı “Azərsu” ilə böyük bir tədbir keçirmişdik. Xahiş edirəm onu başqa bir formatda keçirək. Çünki su ilə bağlı Prezident də həyəcan təbili çalıb. Xüsusilə şirin su ehtiyatları ilə bağlı bizim ciddi problemlərimiz var. Ona görə də biz o qurumla işləməliyik”, - deputat bildirib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 18 Sentyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















