Sonuncu ölkə də qanun qəbul etdi: Məktəblərdə mobil telefondan istifadə… KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Finlandiya məktəblərdə mobil telefondan istifadəni məhdudlaşdıran qanun qəbul edib.
KONKRET.az publika.az-a istinadən xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Finlandiya parlamentinin təsdiq etdiyi və avqustun 1-dən qüvvəyə minəcək dəyişikliklərə əsasən, dərslər zamanı mobil cihazlardan istifadə ciddi şəkildə məhdudlaşdırılacaq. Şagirdlərə onlardan yalnız müəllimin icazəsi ilə bəzi hallarda istifadə etməyə icazə veriləcək.
Qeyd edək ki, bununla da Finlandiya məktəblərdə telefonların və digər mobil cihazların istifadəsinə qanuni məhdudiyyətlər tətbiq edən ən son Avropa ölkəsi oldu. Burada məqsəd uşaq və gənclərin daha çox diqqətli olması və özünə hörmət amilinin artırılmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 01 May 2025 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















