Sonuncu oyununda het trikə imza atan Mahir Emreli komandasını rekordçu etdi
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin vidalaşdığı "Nürnberq" klubu II Bundesliqada tarixi rekorduna imza atıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Club Fokus" nəşri məlumat yayıb.
Rekord komandanın sonuncu - 34-cü turda Ayntraxt" (Braunşveyq) komandasına 4:1 hesabı ilə qalib gəldiyi matçda qeydə alınıb. "Nürnberq" ilk dəfə II Bundesliqada bir qarşılaşmanın ilk hissəsində 4:0 hesabı ilə önə keçib.
Həmin matçda Azərbaycan millisinin hücumçusu Mahir üç qol vuraraq het-trik edib.
Qeyd edək ki, Emreli cari mövsümdə bu klubda 11 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Mahir Emreli Almaniyada het trik etdi Yenilənir
18 May 2025 18:19
Mahir Emreli het trik etdi, komandası qələbə qazandı
18 May 2025 19:43
Mahir Emreli dubl etdi
18 May 2025 18:10
Qarabağ ın bugünkü oyununda Mahir Emreli yoxdur SƏBƏB
25 Yanvar 2025 16:50
Mahir Emreli sonuncu matçda da ciddi səhv buraxıb... bu sənə baha başa gələ bilər!
03 Fevral 2025 00:34

