Icma.az
close
up
RU
Sonunda çanaq öz başlarında çatladı Mövqe

Sonunda çanaq öz başlarında çatladı Mövqe

Icma.az, Olke.az saytına istinadən bildirir.

"Belə bir fikir var: ən yaxşı hakim zamandır. Azərbaycan davamlı olaraq Qərbin xarici ölkələrin daxili işinə müdaxilə məqsədi ilə bağlı yaratdığı beynəlxalq təşkilatların fəaliyyətini ifşa etsə də, bir çoxları buna inanmaq istəmirdi. Artıq Qərb ölkələri özləri belə dünyada demokratiyanın, qanunun aliliyinin müdafiəsi, humanitar  yardım göstərmək adı altında yaradılan təşkilatların hansı çirkin  oyunlarını reallaşdırmaq üçün  yaratdıqlarını etiraf etməkdədir. ABŞ-nin yeni prezidenti Donald Trampın ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğv edilməsi barədə qərarı bunun bariz nümunəsidir".

Bunu Ölkə.Az-a açıqlamasında deputat İlham Məmmədov deyib.

O bildirib ki, ABŞ rəsmiləri belə USAID-in fəaliyyətindəki pozuntularını açıq və sərt formada dilə gətiriblər. "ABŞ Prezidentinin mətbuat katibi Karoline Leavit  bu günlərdə verdiyi açıqlamada USAID-in dünyanın müxtəlif ölkələrində LGBT təbliğatından tutmuş, irqi ayrı-seçkiliyi, terrorçu qruplaşmaları, narkotik becərilməsindək proqramların həyata keçirilməsi üçün yüzmilyonlarla dollar vəsaitin xərcləndiyini açıq şəkildə ifadə edib. Ağ Evin rəsmi nümayəndəsi artıq 
bir vergi ödəyicisi kimi pullarının bu cür çirkin məqədlər üçün istifadə edilməsinə qarşı çıxıb. Bu bir daha açıq şəkildə sübut edir ki, USAİD-in məqsədi heç də dünyada demokratiya, insan haqlarının müdafiəsi, insanlara, ölkələrə humanitar yardım göstərmək yox, öz çirkin oyunlarını reallaşdırmaq, lazım gələndə ölkələrin daxili işinə qarışıb ictimai-siyasi sabitliyi pozmaq, hakimiyyət çevrilişləri etmək, dünyanın müxtəlif bölgələrində separatizmi təvşiq etmək olub. Bu təşkilat öz çirkin niyyətlərini həyata keçirmək üçün öz casus şəbəkəsinin formalaşdıraraq  müxtəlif proqramların icrası adı altında maliyyələşdiriblər. İndi təşkilatın bağlanmasını eşidən kimi həmin isanlar təlaş keçirməkdədirirlər. Onlar açıq şəkildə Trampa qarşı "üsyan" edib onun fəaliyyətini  nəinki kəskin tənqid edirələr. Hətta Trampı diktator adlandırmaqdan belə çəkinmirlər. 

Biz belə təşkilatların, o cümlədən USAİD-in Azərbaycan qarşı qərəzli münasibətinin, o cümlədən ölkəmizin daxili işlərinə müdaxiləsinin şahidi olmuşuq. Lakin cənab Prezidentin uzaqgörənliyi və qətiyyəti nəticəsində onların bu cür destruktiv fəaliyyətinin qarşısı zamanında alınıb.

USAİD-ə gəldikdə isə bu təşkilat Azərbaycana qərəzli münasibəti İkinci Qarabağ müharibəsindən sonra ortadadır. Azərbaycan beynəlxalq hüququn tələb və qaydalarına uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini USAİD heç cür həzm edə bilməyərək Ermənistana açıq şəkildə havadarlıq etməyə başladı.

Son 4 il ərzində USAID-in rəhbər şəxsləri Ermənistana davamlı səfərlər edərək bölgədə   dayanıqlı sülhün, sabitliyin və sıx əməkdaşlığı təvşiq edib bu işə töhfə vermək əvəzinə, gərginliyin davam etməsi istiqamətində pozucu fəaliyyətlə məşğul oldular. USAİD bu müddət ərzində Cənubi Qafqazda gərginliyin və sabitliyin pozulması məqsədilə Ermənistanda   revanşizmi və separatizmi təşviq ediblər. Amma zaman yetişdi ki, haqq-ədalət öz yerini tapdı. Çirkin oyunlar üçün yaradılan təşkilatları özləri ləğv etmək  qərarına gəliblər. Necə deyərlər, çanaq öz başlarında çatladı. Əsl siması ifşa olunan USAID-in tarixə qovuşması artıq qaçılmaz bir prosesə çevrilib. Hesab edirəm ki, növbə  müxtəlif  adlarla ölkələrin daxili işlərinəkobud surtədə müdaxilə edən digər dırnaqarası beynəlxalq təşkilatlara da çatacaq".

Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Fevral 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see503

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see302

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see290

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see285

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see263

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see262

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see259

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see256

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see254

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see253

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see241

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see232

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see229

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see226

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see226

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see221

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

29 Avqust 2026 13:39see220

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see220

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see219

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri