“Sony” “PlayStation 5” üçün yeni aksesuarları təqdim etdi
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
“Sony” neon konsol korpusları və neon rənglərindəki “DualSense” simsiz kontrollerlərini özündə birləşdirən “Hyperpop” adlı “PlayStation 5” aksesuarları kolleksiyasını təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Verge” məlumat verib.
Qeyd olunur ki, kolleksiyanı hazırlayarkən “Sony” dizaynerləri oyun məkanlarını bəzəyərkən oyunçular arasında populyar olan vizual həllərə diqqət yetiriblər.
“Sony”nin rənglər, materiallar və bəzəklər dizayneri Leo Kardosonun sözlərinə görə, seçilmiş palitra interyerdə diqqət çəkən bir vurğu olmaq və müasir oyun avadanlıqlarının RGB işıqlandırması ilə mükəmməl uyğunlaşmaq üçün nəzərdə tutulub.
“Hyperpop” aksesuarları 12 martda satışa çıxarılacaq, öncədən sifarişlər 16 yanvardan açılacaq. Konsol korpusları məhdud sayda olacaq və pərakəndə satış qiyməti 75 dollar (təxminən 120manat) olacaq. Neon rəngli “DualSense” simsiz kontrollerlərinin qiyməti 85 dollar (təxminən 150 manat) təşkil edir.
Bu mövzuda digər xəbərlər:Sony PlayStation xidmətləri çökdü
09 Fevral 2025 02:33
Sony PlayStation üçün ən yaxşı oyunları müəyyənləşdirdi
17 Dekabr 2025 12:50
“Sony” “PlayStation 4”ü dəstəkləməyəcək
03 Oktyabr 2025 20:49
Sony PlayStation ilə işləyən avtomobil buraxacaq...
23 Dekabr 2025 22:06
“Sony” və “Honda” daxili “PlayStation 5” ilə işləyən elektrik avtomobilini təqdim etdi
08 Yanvar 2025 22:37
Baxış sayı:119
Bu xəbər 08 Yanvar 2026 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















