Icma.az
close
up
RU
Şoranlaşma ərzaq təhlükəsizliyini təhdid edir EKOLOQ DANIŞDI

Şoranlaşma ərzaq təhlükəsizliyini təhdid edir EKOLOQ DANIŞDI

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Azərbaycanın ən böyük şoranlaşma prosesi gedən və torpaqlarımızı dövriyyədən çıxaran, təxminən 17-18 rayonun ərazisində olan Azərbaycan torpaqlarının təxminən 25 faizini — bu da təxminən 1.25 milyon hektar ərazi olan Kür-Araz ovalığındadır. Kür-Araz ovalığı dedikdə Mil, Şirvan, Muğan, Qarabağ düzü və digər oxşar düzənliklər nəzərdə tutulur". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, bu ərazilər əvvəllər Xəzərin altından çıxdığı üçün dərin qatlarında şoranlıq var. Suvarma düzgün aparılmadığına, köhnə və betonsuz kanallar istifadə olunduğuna görə bu zonalarda intensiv şoranlaşma prosesi gedir: "Əvvəllər bu ərazilər 1-2 milyon əhalini dolandırmaq gücündə idi, indi isə dövriyyədən çıxmaq üzrədir. Ona görə də bu torpaqların yenidən dövriyyəyə qaytarılması üçün mütləq şəkildə müasir suvarma sistemləri qurulmalıdır. Xüsusilə beton və sızdırmaz kanallarla təmin olunmalıdır ki, su itkisinin qarşısı alınsın və şoranlaşma dayansın.

Əgər su bir yerdə qalırsa və buxarlanma baş verirsə, şoranlaşma daha da artır. Eyni zamanda, artıq suyun kollektorlardan Xəzərə axıdılması da ekoloji problemlər yaradır. Yeni texnologiyalarla, müasir suvarma sistemləri ilə bu əraziləri xilas etmək mümkündür. Məsələn, damcı suvarma sistemləri və avtomatlaşdırılmış texnologiyalar tətbiq olunmalıdır. Bitkinin suya ehtiyacı olan anda yalnız o qədər su verilməli, sonra su avtomatik kəsilməlidir.

Əgər bu tədbirlər həyata keçirilsə, dövriyyədən çıxmış 500 min – 1 milyon hektar torpağı yenidən kənd təsərrüfatı üçün istifadə etmək olar. Yol boyu – məsələn, Qazax-Beyləqan yolu boyunca gedən ərazilərdə artıq şoranlıq özünü açıq göstərir, torpaq ağarıb və bitki bitmir.

Bu sahədə dövlət səviyyəsində ciddi proqram olmalı, texniki göstəricilər nəzərə alınmalıdır. Uzunmüddətli məqsəd kimi Azərbaycanı ərzaqla təmin edən əsas torpaqlar bu tədbirlər nəticəsində yenidən istifadəyə verilə bilər. Ərazilərə gələnlər bizim Samur-Dəvəçi ovalığında şimal hissəmizdə, Ceyrançöldə, Naxçıvanın bəzi hissələrində, müharibədən azad olunmuş ərazilərimizin bəzi hissələri və başqa bir sıra yerlərdə şoranlanmaya meyilli yerlərimiz var. Orada da eyni tədbirlər görülməlidir.

Bəzi sahələr hələ tam şoranlaşmayıb. Bəziləri isə artıq şoranlaşıb. Onları da yenidən qaytarmaq, təmizləmək, geri döndərmək mümkündür. Başqa çıxış yolu yoxdur. Bu tədbirlər mütləq həyata keçirilməlidir. Çünki dünya təcrübəsi göstərir ki, insan nə qədər müasir texnologiyadan istifadə etsə də, əgər torpağa düzgün yanaşmasa, ondan normal istifadə etməsə, müəyyən problemlər, xüsusilə ərzaq problemi və digər məsələlər heç vaxt həll olunmayacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Avqust 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri