Icma.az
close
up
RU
Sorğu: Fransızların 72 faizi Bayru hökumətinə etimad göstərilməsini istəmir

Sorğu: Fransızların 72 faizi Bayru hökumətinə etimad göstərilməsini istəmir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Paris, 29 avqust, AZƏRTAC

Etimad səsverməsinə az qalmış ictimai rəy sorğularında, eləcə də siyasi dairələrdə Fransua Bayru hökumətinə qarşı çıxanların sayı artır. ELABE İnstitutunun BFMTV üçün keçirdiyi sorğuya əsasən, fransızların əksəriyyəti hökumətin etimad qazana bilməyəcəyini arzulayır. Sol partiyalar və ifrat sağçı Milli Birlik (RN) artıq Fransua Bayruya dəstək verməyəcəklərini bəyan ediblər.

AZƏRTAC xəbər verir ki, sentyabrın 8-nə təyin olunmuş etimad səsverməsinə az qalmış Baş nazir Fransua Bayru ictimai və siyasi təzyiqlərlə üzləşir. Onun təklif etdiyi təxminən 44 milyard avro dəyərində büdcə qənaəti planı rədd edilib və sentyabrın 10-da ölkə miqyasında tətil çağırışları səsləndirilib. Bu vəziyyətdə o, Prezident Emmanuel Makrona müraciət edərək, fövqəladə parlament sessiyasının çağırılmasını və ümumi siyasi kurs barədə bəyanat əsasında parlamentdən etimad almaq istəyini bildirib.

Müxalifət dəstək verməyəcəyini açıq şəkildə ifadə etdiyi kimi, ictimai rəy də Bayrunun tərəfində deyil. ELABE-nin son sorğusuna görə, fransızların 72 faizi, yəni, dörddə üçə qədəri, hökumətin Milli Assambleyada etimad qazanmasını istəmir. Yalnız 27 faiz respondent deputatların Bayruya dəstək verməsini arzulayır. Bu rəqəmlər hökumətin siyasi və iqtisadi vəziyyətin təcili olduğunu vurğulamasına baxmayaraq, cəmiyyətin dərin narazılığını göstərir.

Fransızlar hökumətin süqutundan çəkinmirlər. Sorğuda iştirak edənlərin 51 faizi vəziyyətin artıq çox ciddi olduğunu və daha da pisləşə biləcəyini düşünür. 22 faizi isə hökumətin devrilməsinin problemli olmayacağını bildirir. Fransua Bayrunun istefası halında isə bir çox ssenari mümkündür: yeni Baş nazirin təyin edilməsi (81 faiz), Milli Assambleyanın buraxılması və yeni parlament seçkiləri (69 faiz) və ya hətta Emmanuel Makronun istefası (67 faiz).

Dövlət başçısı bir neçə dəfə yeni buraxılma qərarından yayınmaq istədiyini desə də, ədliyyə naziri Jerald Darmanən bu ehtimalı kənara atmamaq lazım olduğunu bildirib. Sosialistlər və ekoloqlar isə Bayru hökumətinin yerinə keçməyə hazır olduqlarını bəyan ediblər.

Jan-Lük Melanşon isə daha da irəli gedərək deyib ki, Emmanuel Makron istefa verməlidir. Melanşon bildirir ki, Mişel Barnye və Fransua Bayrudan sonra Makronun üçüncü dəfə eyni siyasəti davam etdirəcək bir baş nazir təyin etməsinə imkan vermək olmaz. O, həmçinin Prezidentə qarşı yeni bir impiçment təklifi ilə Milli Assambleyaya müraciət edəcəyini açıqlayıb. Solçu partiyalar artıq bütün ssenarilərə hazırlaşırlar. Manuel Bompar isə X platformasında seçici siyahılarına yazılmağa çağırış edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri