Sorğu: Ukraynalılar Donbas məsələsində bölünüb 52 faiz güzəştə qarşı, 40 faiz razı
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Kiyev, 2 fevral, AZƏRTAC
Sorğuda iştirak edən ukraynalıların yarısı, yəni 52 faizi təhlükəsizlik zəmanətləri müqabilində Donbasın Rusiyaya verilməsinə qarşı çıxır. Eyni zamanda, 40 faiz bu cür kompromisə hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun sorğusu sübut edir.
Sorğuya əsasən, respondentlərin əksəriyyəti bütün Donbasın Rusiyanın nəzarətinə verilməsini qətiyyən qəbulolunmaz hesab edir.
Bununla belə, Ukraynanın yarıdan az əhalisi belə güzəştə razıdır, baxmayaraq ki, onların çoxu bunun çətin və mürəkkəb şərt olduğunu qəbul edir. Respondentlərin 8 faizi isə öz mövqeyini müəyyən edə bilməyib.
Kiyevlilərin 59 faizi Donbasın verilməsini qətiyyən qəbulolunmaz hesab edir, 31 faiz isə belə variantı qəbul etməyə hazırdır.
Ölkənin qərb bölgəsində yaşayan ukraynalıların 57 faizi əleyhinə, 38 faiz isə lehinədir. Mərkəz və şimal regionlarında 49 faiz bu qərara qarşı çıxır, 42 faiz isə kompromisə hazırdır. Cənubda 49 faiz əleyhinədir, 44 faiz mümkün hesab edir. Şərqdə isə 50 faiz buna qarşı çıxır, 39 faiz belə addımı atmağa hazır olduğunu bəyan edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 02 Fevral 2026 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















