Icma.az
close
up
RU
Sorğuda 57 min nəfər heç vaxt getməyəcəyi ölkələrin adını çəkib: Azərbaycanın adı heç qeyd olunmayıb

Sorğuda 57 min nəfər heç vaxt getməyəcəyi ölkələrin adını çəkib: Azərbaycanın adı heç qeyd olunmayıb

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sosial mediada çox məşhur olan “Unknown facts” səhifəsi izləyiciləri arasında maraqlı sorğu keçirib. Təkcə “Facebook”da 17 milyondan çox izləyicisi olan səhifə onlardan heç vaxt getməyəcəyi ölkələrin adlarını soruşub. 57 min nəfərin iştirak etdiyi sorğuda xeyli ölkənin adı çəkilib. Azərbaycanın adının yazılması gözə dəymir.

Bizimyol.info xəbər verir ki, nə qədər qəribə görünsə də, ABŞ-ın adını çəkən az olmayıb. Məsələn, Donna Stronq-Heyno yaxın dörd ildə Birləşmiş Ştatlara ayaq basmağın mənasız olduğunu yazıb. Buna bənzər rəy çoxdur. İnsanlar böyük ehtimalla köhnə-yeni prezident Donald Trampın hakimiyyətdə olacağı müddəti nəzərdə tutub.

Daha çox cənub-şərqi Asiya dövlətlərinin – Hindistan, Pakistan və Banqladeşin adı diqqət çəkir. Hətta Pakistanda yaşayan Xan Yusefzay yazıb ki, ölkədən çıxa bilsə, bir daha bura qayıtmayacaq. Ümumiyyətlə, rəyləri bir-bir saysaq, yəqin ki, liderlik Pakistanda olar.

Stefan Devere qadınların azad olmadığı ölkələrə qədəm qoymaq istəmədiyini qeyd edib. Almaniyada yaşayan Kay İrona da bənzər rəy yazıb. Gənc qızlar şəxsi təhlükəsizlik baxımından Hindistandan uzaq durmaq lazım gəldiyini vurğulayıb. Böyük ehtimalla zorlama hallarının çoxluğuna eyham vurulub.

Riçard Ralf Eritreya, Türkmənistan və Somalinin adlarını fərqləndirib. Yəqin ki, o, söz azadlığının məhdudlaşdırdığı dövlətləri nəzərdə tutub. Somalinin adını çox rəydə görmək olur. Burada dəniz quldurlarının əhəmiyyətli hissəsinin Afrika ölkəsindən olması rol oynayır. Rəylərdə bu məsələ də xüsusi qabardılıb.

Əsasən populyar istiqamətlərin adları çəkilib. Lakin Dominikan Respublikası, Vyetnam, Özbəkistan, Tacikistan, Oman, Mavritaniyanın adına rast gəlməklə təəccüblənməmək mümkün deyil.

İran, İraq, Əfqanıstan, Rusiya, Səudiyyə Ərəbistanı, Şimali Koreyanın adı çox yazılıb. Təəssüf ki, Türkiyə də az xatırlanmayıb. Kiminsə Azərbaycanın adını çəkməsi mümkün idi. Amma çox axtarsaq da, belə fikrə rast gəlmədik.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Fevral 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see214

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see208

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see189

Düşmənin bir top atəşi ilə viran qalan postundan GÖRÜNTÜLƏR

02 Noyabr 2025 17:12see160

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see151

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see148

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see141

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see140

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see138

Arda Güler zədələnib

02 Noyabr 2025 16:57see137

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see136

“Vulverhempton”un qapıçısı: “Utanmalıyıq”

02 Noyabr 2025 01:10see135

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see134

ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı Məhsul bayramı keçirilib

02 Noyabr 2025 09:55see133

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see131

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see131

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see128

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see124

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see123

The Economist: Tayvanın B planı ...

02 Noyabr 2025 20:46see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri